Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi məsələsi müzakirə edilib ViDEO

Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi məsələsi müzakirə edilib ViDEO

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 21-də Milli Məclisin insan hüquqları komitəsinin, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və UNICEF-in təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin inkişaf perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova Azərbaycanda insan hüquqları və onun tərkib hissəsi olan uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycanda insan hüquqları ən vacib prioritet istiqamət kimi, həyata keçirilən siyasətin aparıcı hissəsidir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra atdığı ilk addımlar insan hüquqlarının, xüsusilə uşaq hüquqlarının qorunması istiqamətində qanunvericilik aktlarının işlənməsi olub. Atılan əsas addımlardan biri də bu sahədəki beynəlxalq qanunvericiliyə, konvensiyalara qoşulmaq olub. Ötən illər ərzində Azərbaycan bu sahədə böyük inkişaf yolu keçib. Bir ölkənin inkişaf edib möhkəmlənməsi və onun vətəndaşlarının - bu ərazidə yaşayan insanların, dini qrupların, müxtəlif ictimai-siyasi baxışlı insanların bir arada rahat yaşamaları üçün qanunlar lazımdır. Bu qanunlar beynəlxalq standartlarla uyğunlaşdırılmaqla yanaşı, ölkənin özünün minilliklərdən gələn adət-ənənələri, dünyagörüşü, baxışları ilə də uzlaşmalıdır. Əks təqdirdə, bunu nəzərə almayan qanunlar ölkədə işləyə bilməz. Əlbəttə, Azərbaycanda bütün bu dəyərlər qorunmaqla yanaşı, ümumi standartlar da hər zaman qorunub saxlanılıb. Azərbaycanda qəbul olunan bütün qanunlar gender ekspedisiyasından keçdiyi kimi, həm uşaq, həm də insan hüquqları aspektindən də dəyərləndirilir. Bunun nəticəsində ölkəmiz bugünkü mükəmməl qanunvericilik bazasına malikdir.

Bahar Muradova deyib: “Biz müntəzəm olaraq Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair həm ölkə, həm də beynəlxalq mexanizmlərin dəyərləndirmələrini izləyirik. Azərbaycanla bağlı olan fikirləri nəzərə alırıq. Əlbəttə ki, bütün bu tövsiyələr müvafiq qurumlar tərəfindən işlənilir, öyrənilir”.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, qanunvericilik təşəbbüsü subyektlərinin irəli sürdüyü təkliflər bir çox hallarda beynəlxalq təşkilatların müvafiq qurumları ilə əməkdaşlıq çərçivəsində müzakirə edilir, ictimai dinləmələr təşkil olunur. Əhalinin müxtəlif təbəqələrinin fikirləri, həmçinin beynəlxalq praktika və müvafiq standartlar nəzərə alınmaqla həyata keçirilir.

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadze çıxışında yuvenal ədliyyə və ümumiyyətlə yeniyetmələrin qanun pozuntuları haqqında bəzi beynəlxalq üsullardan söhbət açıb. Bu sahədə ən vacib sənəd olan BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasından danışan A.Şilakadze deyib: “Bu sənədin 37-ci maddəsində vurğulanır ki, uşaqların azadlıqdan məhrum edilməsi ən son addım kimi qəbul edilməlidir və buna müəyyən məhdudiyyətlər qoyulmalıdır. Əgər bu qərar verilirsə, mümkün qədər qısa olmalıdır”. O, hansısa bir insanın səhvindən sonra onun cəmiyyətdən təcrid edilməsi əvəzinə, cəmiyyətə qazandırılmasının vacibliyini qeyd edib. Bildirib ki, həmin şəxslərin cəmiyyətə inteqrasiyası və sonradan həyatlarını konstruktiv istiqamətdə qurmaları üçün ədliyyə sistemi lazimi səviyyədə təkmilləşdirilməlidir. Andro Şilakadze deyib ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malik, həm də sosial layihələrin və demokratiyanın inkişafına xüsusi diqqət göstərən bir ölkə kimi bu sahədə mövcud olan beynəlxalq üsulları nəzərə alır. O, ölkəmizdə uşaq hüquqlarının təmin edilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində uğurlu addımların atıldığını vurğulayaraq bəzi təkliflər səsləndirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin şöbə müdiri Yeron Villems bildirib ki, uşaqlar dünya əhalisinin üçdə birini, Avropa əhalisinin isə beşdə birini təşkil edir. O, Avropa İttifaqında uşaq hüquqlarının qoruması istiqamətində mövcud olan bəzi üsullardan danışıb. Y.Villems uşaq hüquqlarının qorunması istiqamətində işlərin görülməsi üçün yuvenal ədliyyə sahəsində islahatların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyətindən bəhs edib. Bildirib ki, bu, uşaqlar üçün hüquqi yardım xidmətlərinin həyata keçirilməsində səmərəli nəticələrin əldə olunmasına kömək edir.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə uşaq hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün ardıcıl iş aparıldığını və uğurlu nəticələr əldə olunduğunu, lakin təcrübənin daim həmin sənədlərə dəyişikliklər olunmasını zəruri etdiyini söyləyib. O əlavə edib ki, bugünkü tədbirin də əsas məqsədi məhz bundan ibarətdir.

UNICEF-in milli eksperti Nazir Quliyev deyib ki, hazırda təşkilat Avropa İttifaqının dəstəyi ilə Azərbaycanın yeddi rayonunda hüquqi xidmətlər həyata keçirir. O, yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericilik və onun tətbiqinin inkişafı istiqamətində təkliflər paketini təqdim edib. Belə ki, Cəzaların İcrası, Cinayət, Cinayət Prosessual məcəllələrinə dəyişikliklər edilməsi təklif olunub. Məsələn, cinayət törətmiş yetkinlik yaşına çatmayanların maksimum cəza müddətinin 10 ildən 8 ilə endirilməsi təklifi irəli sürülüb.

Müzakirələr zamanı çıxış edənlər irəli sürülən təkliflərə münasibətlərini bildiriblər.

Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi məsələsi müzakirə edilib ViDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər