CƏMİYYƏT


Yevlaxda ağacların dibinə dizel yanacağının töküldüyü faktı aşkarlanıb

Bakı, 4 fevral, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Yevlax şəhərində yolətrafı yaşıllıq ərazidə ağacların dibinə dizel yanacağının tökülməsi ilə bağlı məlumat daxil olub. Nazirliyin əməkdaşları məlumatı yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı həmin ərazidə 5 müxtəlifcinsli ağacın dibinə dizel yanacağının töküldüyü aşkarlanıb. Faktla bağlı akt tərtib olunub və təqsirkarın müəyyən edilməsi, barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Yevlax Şəhər Polis Şöbəsinə müraciət edilib.

Ağaclara profilaktik xidmət göstərilməsi, dibinin maddədən təmizlənməsi məqsədilə Yevlax Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib. Hazırda ərazidəki ağaclar bioloji inkişafdadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.