İDMAN


Yığmamız Bosniya və Herseqovinada Qazaxıstan seçməsi ilə qarşılaşacaq

Yığmamız Bosniya və Herseqovinada Qazaxıstan seçməsi ilə qarşılaşacaq

Bakı, 22 mart, AZƏRTAC

On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 17:00-da Bosniya və Herseqovinada keçirəcək oyunda Qazaxıstan yığması ilə qarşılaşacaq.

Oyun Belçikadan olan hakim Viki De Kremerə tapşırılıb. Ona Margot Jacobs (Belçika), Merima Tanoviç (Bosniya və Herseqovina) və Almasa Hodzic (Bosniya və Herseqovina) kömək edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.