RƏSMİ SƏNƏDLƏR


“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467, № 11, maddə 1352; 2015, № 1, maddə 2, № 2, maddələr 76, 79, 105, № 5, maddə 502, № 6, maddə 686, № 11, maddələr 1256, 1276; 2016, № 11, maddələr 1758, 1784, 1795, № 12, maddə 1993; 2017, № 2, maddələr 138, 150, № 5, maddə 727, № 8, maddə 1507, № 10, maddə 1774, № 12, I kitab, maddə 2215; Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 928-VQD nömrəli, 29 dekabr tarixli 966 nömrəli Qanunu) 12-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. I hissəyə aşağıdakı məzmunda 2-2-ci bənd əlavə edilsin:

“2-2) hərbi vəziyyət rejimi tətbiq edildikdə;”.

2. II hissənin üçüncü cümləsinə “yalnız” sözündən sonra və VI hissənin birinci cümləsinə “fövqəladə” sözündən əvvəl “hərbi vəziyyət rejiminin tətbiqi,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2018-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin