İQTİSADİYYAT
Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi zərərin hesablanması qaydası hazırlanacaq
Bakı, 13 fevral, AZƏRTAC
Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi zərərin hesablanması qaydası hazırlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilir.
Proqrama görə, bu il yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi, hesablanması qaydalarının hazırlanması nəzərdə tutulur. Qaydaların hazırlanması İqtisadiyyat, Səhiyyə, Maliyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Nəqliyyat Agentliyinə tapşırılıb.