İDMAN


Yunan-Roma güləşi üzrə yığmamızın Minskdə təlim-məşq toplanışı başlayıb

Bakı, 9 dekabr, AZƏRTAC

Yunan-Roma güləşi üzrə yığmamız ölkə xaricində növbəti təlim-məşq toplanışına başlayıb.

AZƏRTAC xəbər verir ki, millimiz dekabrın 9-da Belarusun paytaxtı Minskdə yerli komanda ilə birgə hazırlığa start verib. Dekabrın 25-dək davam edəcək təlim-məşq toplanışında baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Murad Bazarov (60 kq), Murad Məmmədov, Taleh Məmmədov (hər ikisi 63 kq), İslambek Dadov, Namaz Rüstəmov, Rəsul Çunayev (hamısı 67 kq), Sənan Süleymanov, Ülvi Qənizadə (hər ikisi 72 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev, Zamir Məhəmmədov (hər ikisi 97 kq) və Beka Kandelaki (130 kq) iştirak edirlər.

Qeyd edək ki, komanda Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun rəhbərliyi altında Minskə yollanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.