SİYASƏT


Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi ərəb KİV-in diqqət mərkəzində olub

Qahirə, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Sofiyada keçirilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi ərəb KİV-in diqqət mərkəzində olub.

AZƏRTAC və digər agentliklərin xəbərlərinə istinadla Misirin “Dustur”, Səudiyyə Ərəbistanının “Al Borsa”, Əlcəzairin “Şuruq” və “Əl Hərir”, habelə “Aawsat”, “Attaqa” portalları və “Al Arabia” telekanalının yaydığı materiallarda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Bolqarıstan Prezidenti Rumen Radev, Serbiya Prezidenti Aleksandar Vuçiç, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke, Bolqarıstan müvəqqəti Hökumətinin rəhbəri Qılıb Donev, Şimali Makedoniya Prezidenti Stevo Pendarovski və Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun icraçı direktoru Teodora Georgiyevanın çıxışlarında layihənin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətindən bəhs edilib.

Xəbərlərdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev ötən il Azərbaycanın qaz ixracının təxminən 19 milyard kubmetr təşkil etdiyini, onun 8,2 milyard kubmetrinin Avropaya nəql olunduğunu söyləyib. O əlavə edib ki, bu il göstərilən rəqəm 22 milyard kubmetrə qədər artacaq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarının payına düşəcək. Eyni zamanda, Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır.

Ərəb KİV-in materiallarında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəriciləri və səhmdarları barədə də məlumatlar yer alıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.