DÜNYA


Yunanıstan dövlət KİV rəhbərləri vəzifələrindən istefa veriblər

Afina, 11 iyul, AZƏRTAC

Yunanıstanın dövlət televiziya şirkəti ERT-nin rəhbəri Yannis Drosos və milli xəbər agentliyi ANA-MPA-nın prezidenti Mixalis Psilos vəzifələrindən istefa ərizələrini yeni hökumətin mətbuat katibi Stelios Petsasa təqdim ediblər. S.Petsas KİV rəhbərlərini onların yerinə təyinat olanadək vəzifələrində qalmağı xahiş edib.

Qeyd edək ki, “Yeni Demokratiya” parlament seçkilərində qələbə qazanaraq hökuməti təşkil etdikdən sonra bir sıra dövlət müəssisələrinin rəhbərləri vəzifələrindən istefa verib, bəziləri isə buna hazırlaşır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.