MƏDƏNİYYƏT


Yunanıstan oxucularına Opera və Balet Teatrı haqqında məlumat verilib

Bakı, 18 yanvar, AZƏRTAC

Yunanıstanın https://www.karfitsa.gr xəbər portalında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına həsr edilmiş məqalə yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun qələmə aldığı məqalədə Şərqin ən böyük sənaye və mədəniyyət mərkəzlərindən biri olan Bakının qədim mədəniyyətə, zəngin adət-ənənələrə, çoxlu muzeylərə və memarlıq abidələrinə malik şəhər olduğu qeyd edilib. Paytaxtın mərkəzində yerləşən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası isə unikal memarlığı ilə təkcə musiqisevərləri deyil, hər kəsi heyran edir.

Məqalədə bu möhtəşəm musiqi məbədinin tikintisi və 1910-cu ildən etibarən fəaliyyət göstərməsi barədə ətraflı məlumat verilib. “Azərbaycan milli operasının tarixi 1908-ci il yanvarın 12-də tamaşaya qoyulmuş Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə başlayır”, - deyə müəllif nəzərə çatdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.