CƏMİYYƏT
Yunanıstanda Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb
Saloniki, 28 sentyabr, AZƏRTAC
Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Saloniki şəhərində anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, cəmiyyətin sədri Rəşid Məmmədov tədbiri açaraq Birinci və İkinci Qarabağ müharibələrində xalqımızın şücaətli mübarizəsi, Ali Baş Komandanın əzmkarlığı və liderliyi nəticəsində bu gün Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpa olunması ölkə xaricində yaşayan həmvətənlərimizdə fərəh, qürur hissi yaratdığını vurğulayıb.
Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Anım Gününə həsr olunmuş qısa film göstərilib.
Tədbirin qonaqları - Türkiyənin Salonikidəki baş konsulu Efe Ceylan, cəmiyyətin üzvü Yaqub Məmmədov və digərləri çıxış edərək müharibə qəhrəmanlarını anıblar.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Saloniki