Yunanıstanın Maliyyə Nazirliyi kapitalın hərəkəti üzərində sərt nəzarəti yumşaltmaq və vergiləri azaltmaq niyyətindədir
AzerTAg.az

Afina, 19 sentyabr, AZƏRTAC
Yunanıstan hökuməti yaxın zamanlarda kapitalın hərəkəti üzərində qoyulmuş sərt nəzarəti daha da yumşaltmaq və bir sıra vergiləri azaltmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bunu Yunanıstanın maliyyə naziri Evklid Tsakalos ölkə qəzetlərindən birinə verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, 2020-ci ilə kimi daşınmaz əmlak vergisi 30 faizədək azaldılacaq. Nazirin fikrincə, işsizliyi də beş ilə azaldaraq 10 faizə çatdırmaq, 600 min yeni iş yeri açmaq mümkündür.
Kapitalın hərəkəti ilə bağlı məhdudiyyətlər 2015-ci ilin iyununda ölkədə baş verən dərin iqtisadi böhran nəticəsində qoyulmuşdur.
Qeyd edək ki, Yunanıstan hökuməti iqtisadiyyatda vəziyyətin yaxşılaşması ilə bağlı pensiyaların azalmasını məqbul saymır. Buna baxmayaraq, beynəlxalq kreditorlar yardım proqramı üzrə sazişdə olan bütün şərtlərin yerinə yetirməsini tələb edir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
Xəbərin mətnində orfoqrafik səhv var