İDMAN
ZAQATALA CÜDOÇULARININ BÖYÜK UĞURU
Zaqatala rayonunun yeniyetmə cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edərək, vətənə 2 qızıl medalla qayıtmışlar. 30-a yaxın ölkənin gənc tatami ustalarının qatıldığı bu turnirdə Azərbaycan yığma komandasının heyətində çıxış edən Zaqatala cüdoçuları Rəşid Məmmədov və Orxan Acırqayev 50 və 55 kiloqram çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək, turniri birinci pillədə başa vurmuşlar.
Rayon Gənclər, İdman və Turizm İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Zaqatala cüdo məktəbinin daha iki yetirməsi isə bir neçə gün əvvəl Azərbaycanın yığma komandasının tərkibində Ukrayna paytaxtına yola düşmüşlər. Onlar Kiyev şəhərində keçiriləcək cüdoçuların üçüncü Avropa çempionatında ölkəmizin idman şərəfini qoruyacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [16:00]
Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır
- 08.05.2024 [15:44]
Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb
- 08.05.2024 [14:22]
Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur
- 08.05.2024 [14:02]
“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir
- 08.05.2024 [11:59]