REGİONLAR


ZƏRDABDA HEYVANDARLIQ SAHƏSİNDƏ 20 FERMER TƏSƏRRÜFATI FƏALİYYƏT GÖSTƏRİR

Zərdab rayonunda heyvandarlıq sürətlə inkişaf edir. Hazırda bölgədə qaramalın sayı 50 min, davarların sayı isə 98 min başı ötmüşdür. Son bir neçə ildə heyvandarlıq sahəsində xeyli fermer təsərrüfatı yaradılmışdır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2005-ci ildə bölgədə heyvandarlıq üzrə 8 yeni fermer təsərrüfatı fəaliyyətə başlamış, bu sahə ilə məşğul olan kollektivlərin sayı 20-yə çatmışdır. Yeni yaradılmış Qoşaoba ərazisindəki “Qala”, İsaqbağındakı “Cavid”, Dəli Quşçu kəndindəki “Cavidan” və digər fermer təsərrüfatlarında indi minlərlə inək-camış və qoyun bəslənilir.

Hazırda heyvandarlar qış qayğıları ilə yaşayırlar. Döl kampaniyasının müvəffəqiyyətlə başa çatdırılması, mal-qaranın qışdan sağ-salamat və gümrah çıxarılması üçün bütün imkanlardan istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.