REGİONLAR


Zaqatala rayonunun təsərrüfatlarında tütün əkininə başlanılıb

Zaqatala, 27 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə Zaqatala rayonunda 420,3 hektar sahədə tütün əkini nəzərdə tutulur. Zaqatalalı fermerlər cari ildə 367,3 hektar sahədə “Virciniya botaniki”, 53 hektarda isə digər növ tütün yetişdirəcəklər.

Bir neçə gündür təsərrüfatlarda istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk günlər rayonun Üçüncü Tala, Kəpənəkçi, Mosul və Çobankol kəndlərinin ərazilərindəki təsərrüfatlarda 17,4 hektar sahəyə “Virciniya botaniki” növlü tütün şitilləri köçürülüb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon İcra Hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, cari mövsümdə rayonun təsərrüfatlarında “Zaqatala AGRO Industry” MMC tərəfindən 224 hektar, “Azərtütün ASK” MMC (“Tabaterra Leaf” QSC) tərəfindən 123,3 hektar və “Azəri Korporasiyası” tərəfindən 20 hektar sahədə “Virciniya botaniki” növlü, həmçinin fərdi qaydada 53 hektar sahədə digər növ tütün əkilməsi nəzərdə tutulur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.