CƏMİYYƏT


Zəfər sənindir, Azərbaycan Əsgəri!

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad edilməsi uğrunda yazdıqları qəhrəmanlıq tarixi əsrlər boyu yaddaşımızdan silinməyəcək. Vətən müharibəsində dövlətimiz və Ordumuzun əldə etdiyi müvəffəqiyyətlər, qazanılan Qələbə hər birimizə misilsiz qürur hissi bəxş edir.

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) Strateji inkişaf və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, agentlik bu sevinci xalqımızla paylaşmağa davam edir. “Özündə Qələbə əzmimizin qürurunu əks etdirən afişaların açıq məkandakı reklam lövhələrində yayımı davam etdirilməkdədir. Artıq paytaxtla yanaşı regionlarda da şanlı tariximizi əks etdirən 1000-ə yaxın paylaşım edilib. ADRA-nın təşviqi və təşəbbüsü ilə açıq məkandakı reklam lövhələri ilə yanaşı, şəxsi ticarət və iaşə obyektlərinin ön hissələrində də milli vətənpərvərlik ruhunu əks etdirən afişaların yayımı həyata keçirilməkdədir. Xalq, dövlət və ordu birliyinin möhtəşəm vəhdətini nümayiş etdirən afişaları paylaşan hər bir sahibkara agentlik adından təşəkkürümüzü bildiririk”, - deyə ADRA-dan bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.