ELM VƏ TƏHSİL


“Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı interaktiv dərslərə başlanılıb

Bakı, 26 yanvar, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı interaktiv dərslərə start verilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, mütəmadi olaraq məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti haqqında əsaslı bilgiləri paylaşmaq və gənc nəsli milli-mənəvi dəyərlərə sahib çıxmağa təşviq etmək məqsədilə bir sıra dərslər keçirilir. Həmçinin muzeydə “H.Z.Tağıyev klubu” da fəaliyyət göstərir.

H.Z.Tağıyevin ev-muzeyində keçirilən interaktiv dərsdə Bakı İstanbul Liseyinin şagirdləri iştirak ediblər. Dərs iki hissədən ibarət olub. Birinci hissədə muzeyin Bərpa laboratoriyasının müdiri dosent Afət Rüstəmbəyova H.Z.Tağıyevin həyat və fəaliyyətindən bəhs edib. Sonra H.Z.Tağıyevin ev-muzeyinin arxitekturası haqqında şagirdlərə ətraflı məlumat verilib.

İkinci hissədə isə İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı tərəfindən 7-16 yaş qrupu üçün nəzərdə tutulmuş intellektual oyun təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.