Zəlzələyə davamlı asanlıqla yığılan və genişləndirilən modul ev
AzerTAg.az
Bakı, 31 mart, AZƏRTAC
Ekvadorun “El Sindicato Arquitectura” memarlıq studiyasının layihəsi əsasında təbii fəlakətlər nəticəsində insan itkilərinin qarşısını almaq məqsədilə müasir texnologiyalardan istifadə etmədən asanlıqla yığıla, zərurət yarandıqda isə genişləndirilə bilən davamlı ev hazırlanıb.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bir ailənin yaşaya biləcəyi modul tipli ev zəlzələyə daha davamlı olmaqla bərpası da asandır. Evin konstruksiyasının bütün elementləri taxta və fanerdən hazırlanıb ki, bu da helikopterlərdən istifadə etməklə ən əlçatmaz yerlərə belə daşımağa imkan verir.
Həmçinin evin dizaynı o qədər sadələşdirilib ki, onu ağır tikinti texnikasından istifadə etmədən və yüksəkixtisaslı mütəxəssislər cəlb etmədən quraşdırmaq mümkündür.


Xəbərin mətnində orfoqrafik səhv var