REGİONLAR
Zərdabda qısa vaxtda 5800-dən çox sakin tibbi müayinədən keçib
Zərdab, 16 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə fevralın 12-dən başlanan əhalinin növbəti kütləvi tibbi müayinəsi Zərdab rayonunda da uğurla aparılır.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu humanist aksiyadan bölgə üzrə az vaxtda 5800-dən çox sakin faydalanıb. Onlardan 35 nəfəri ambulator, 2 nəfəri stasionar müalicəyə cəlb olunub, 7 nəfər isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Qeyd edək ki, sakinlərin pulsuz tibbi müayinəsi ayrı-ayrı ixtisaslı həkimlərdən ibarət üç həkim komissiyası tərəfindən mərkəzi xəstəxananın poliklinika şöbəsində, Məlikli və Körpükənd kəndlərində aparılır.
Səyyar həkim briqadası rayon mərkəzində və kəndlərdə ahıl və xəstə sakinlərə evlərində xidmət göstərir.