CƏMİYYƏT


Zərgərlik məmulatlarının gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısı alınıb

Bakı, 11 avqust, AZƏRTAC

Gümüşdən hazırlanmış zərgərlik məmulatlarının gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısı alınıb.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkə ərazisinə daxil olan yük nəqliyyat vasitəsinin sürücüsü şifahi sorğu-sual edilib. Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı isə nəqliyyat vasitəsinin qoşqusunun ərzaq üçün nəzərdə tutulan sandıqçasında gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən gümüşdən hazırlanmış 12 ədəd təsbeh, 3 ədəd üzük, 47 ədəd qolbaq, 35 ədəd boyunbağı aşkar olunub.

Aşkar edilən predmetlərin qablaşdırma ilə birlikdə çəkisi 1400 qram təşkil edib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.