İQTİSADİYYAT


Zirə qəsəbəsinin su təminatı yaxşılaşdırılır

Bakı, 27 dekabr (AZƏRTAC). Xəzər rayonunun Türkan, Zirə, Binə və Buzovna qəsəbələrində əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilir. 

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, bununla bağlı Zirə qəsəbəsində 11 min 200, 7 min 200 və 2 min 400 kubmetr həcminə malik 3 su anbarı tikilmişdir. Görülən işlərlə yanaşı, həmin ərazidə nasosxana, inzibati bina və yarımstansiya da inşa olunmuşdur.

Hazırda yaşayış massivlərinin su ilə fasiləsiz təminatı üçün əraziyə yeni borular çəkilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.