SİYASƏT


 Ərəb KİV-ləri: Azərbaycan zamanla yarışır

Bakı, 12 iyul, AZƏRTAC

Ərəbdilli “alwasela” və “alqraralaraby” xəbər saytlarında “Azərbaycan zamanla yarışır” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə ölkəmizin nail olduğu sürətli inkişafdan, gündən-günə artan nüfuzundan və gözəlliyindən danışılır. Qeyd edilir ki, əhalisinin sayı 10 milyondan çox olan Azərbaycan yaşıllıqlar diyarıdır. Burada yol kənarları və meydanlar yaşıllığa qərq olub. Ölkədə böyük infrastruktur layihələri həyata keçirilir.

Müəllif qeyd edir ki, Azərbaycan mötəbər idman yarışlarına uğurla ev sahibliyi edir. Bakıdakı Olimpiya Stadionu dünyanın ən gözəl idman arenalarından biridir. Bura, həmçinin beynəlxalq idman yarışlarının keçirildiyi məkandır. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Bakıda futbol üzrə Avropa çempionatının bir neçə oyunu da keçirilib.

Məqalədə Azərbaycanın təbii sərvətlərlə, xüsusilə neft və qazla zəngin olduğu bildirilir. Diqqətə çatdırılır ki, Ermənistanla uzun müddət müharibə vəziyyətində olmuş Azərbaycanın qısa müddət ərzində bu cür yüksək iqtisadi inkişafa nail olması təqdirəlayiqdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.