Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ ÖMƏR İZGİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
DAİMİ KOMİSSİYALARIN SƏDRLƏRİ VƏ PARLAMENTLƏRARASIDOSTLUQ QRUPUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞ

       Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Ömər İzgi və onu müşayiət edən şəxslər fevralin 8-də Milli Məclisdə daimi komissiyaların sədrləri və  Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmüşlər.

        Parlamentlərarası dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı Anar Rzayev görüşü açaraq qrupun fəaliyyəti barədə məlumat verdi, habelə Azərbaycanın İstanbulda və Türkiyənin Bakıda mədəniyyət mərkəzlərinin açılması təklifini irəli sürdü.

        Sonra Milli Məclisin deputatı, Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə yaradılmış Atatürk Mədəniyyət Mərkəzinin direktoru Nizami Cəfərov böyük Atatürkün irsinin araşdırılmasahəsində görülən işlərdən danışdı, bu araşdırmaların nəticələrinin Atatürk ensiklopediyasına daxil ediləcəyini bildirdi.

        Ömər İzgi dəyərli təkliflərə görə çıxış edənlərə minnətdarlığını bildirərək dedi ki, mədəniyyət mərkəzlərinin açılması məsələsi tez bir zamanda həll olunmalıdır.

        Görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın bəzi məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı.

 

                               X                             X                             X

 

   TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN  SƏDRİ ÖMƏR İZGİ MİLLİ MƏCLİSDƏ   ÇIXIŞ ETMİŞDİR

 

        Elə həmin gün Türkiyə Böyük Millət Məclisinin sədri Ömər İzgi Milli Məclisin ümumi iclasında iştirak etmişdir.

        Milli Məclisin sədri Murtuz Ələsgərov türkiyəli həmkarını deputatlar adından salamlayaraq, Ömər İzgi ilə keçirilmiş görüşlər barədə məlumat verdi vədeputatları Böyük Millət Məclisi sədrinin tərcümeyi-halı ilə tanış etdi.

        Sonra Murtuz Ələsgərov Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı məsələləri üzərindəətraflı dayandı. Bir daha xatırladıldı ki, Türkiyə rəhbərliyi Atatürkün ideyalarına sadiq qalaraq Azərbaycanın dövlət müstəqilliyini birinci tanımışlar. Ölkələrimizin qardaşlıq, münasibətlərinin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. Azərbaycan Prezidenti Heydər Əliyev dəfələrlə Türkiyədə səfərdə olmuş, bu ölkənin dövlət xadimləri və parlament nümayəndələri ilə görüşlər keçirmişdir. Bu görüşlər zamanı ikitərəfli əməkdaşlığın hüquqi bazasını müəyyənləşdirən mühüm sənədlər imzalanmışdır. 2001-ci ilin martında  Prezident Heydər Əliyev Türkiyə Böyük Millət Məclisində çıxış edərək, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafının gələcək perspektivlərini əsaslandırmışdır. Dövlət başçılarının sıx əlaqələri nəticəsində Türkiyə ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır.

        Sonra TürkiyəBöyük Millət Məclisinin sədri Ömər İzgi deputatlar qarşısında çıxış etdi. O, Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönü münasibətilə Milli Məclisin deputatlarını təbrik edərək bildirdi ki, bu dövr ərzində qardaş Azərbaycan Respublikası Prezident Heydər Əliyevin  rəhbərliyi altında dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin bərqərar olması və bazar iqtisadiyyatına keçid sahəsində böyük uğurlar qazanmış, beynəlxalq təşkilatların tamhüquqlu üzvü olmuş, dünya birliyində layiqli yer tutmuşdur. Bu ilin yanvar ayında Türkiyədə ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 10 illiyi dətəntənəli surətdə qeyd edilmişdir. 

Ömər İzgi ölkələrimizin parlamentləri arasında gündən-günə daha da inkişaf edən əməkdaşlıqdan məmnunluq duyduğunu söyləyərək dedi ki, qanunvericilik orqanlarımızın nümayəndələri Türkiyənin və Azərbaycanın mövqelərini beynəlxalq təşkilatlarda birgə qorumaq, o cümlədən Avropa Şurasında dövlətlərimizin ünvanına yönəldilmiş əsassız ittihamlarla əlaqədar etirazlarını bildirmək üçün səylərini bundan sonra da birləşdirməlidirlər. O, uydurma “erməni soyqırımı”nın tanınması haqqında Fransa senatının qərarını pisləyən xüsusi bəyanat qəbul etdiklərinə görə Milli Məclisin deputatlarına təşəkkürünü də bildirdi.

Türkiyə parlamentinin sədri Dağlıq Qarabağ probleminin nizama salınması məsələsinə toxunaraq dedi ki, Azərbaycanın tərəqqisi yolunda başlıca maneə məhz Ermənistanla olan münaqişədir. Ömər İzgi bəyan etdi ki, Türkiyə Böyük Millət Məclisinin mövqeyi belədir: münaqişənin həllinin Azərbaycanın ərazi bütövlüyü prinsipinə zidd olan hər hansı variantı qeyri-məqbuldur.

Türkiyə Böyük Millət Məclisinin sədri iqtisadi münasibətlərin inkişaf etdirilməsi məsələlərindən də danışdı. O, nəzərə çarpdırdı ki, türk biznesmenlərinin Azərbaycanda gördükləri işlərin həcmi yüz milyonlarla dollara bərabərdir. Ölkəmizdə fəaliyyət göstərən Türkiyə şirkətləri təxminən 40 min azərbaycanlını işlə təmin etmişlər. Türkiyə-Azərbaycan müştərək iqtisadi komissiyasının ikinci iclasının bu yaxınlarda imzalanmış protokolu qarşılıqlı surətdə faydalı iqtisadi əlaqələrin daha da genişlənməsinə imkan verəcəkdir.

Ömər İzgi Bakı-Tbilisi-Ceyhan neft kəməri tikintisinin böyük əhəmiyyətindən danışaraq vurğuladı ki, bu layihənin gerçəkləşdirilməsi Azərbaycan neftinin qərbə ixracı ilə yanaşı, Qafqazı Avropa ilə birləşdirəcək Şərq-Qərb  dəhlizinin yaradılmasında mühüm amil olacaqdır.

Türkiyə parlamentinin sədri çıxışının sonunda Milli Məclisin üzvlərinə müraciət edərək dedi ki, müdrik Azərbaycan xalqı genişmiqyaslı dəyişikliklər dövründə öz qüvvəsinin mənbəyini görkəmli siyasi xadim, Azərbaycanda demokratiyanın təminatçısı olan Prezident Heydər Əliyevdə görür. Mən ölkənizin xoşbəxt gələcəyinə inanıram, Türkiyə isə, öz növbəsində, sizə bütün çətinliklərin aradan qaldırılmasında kömək göstərəcəkdir.

Türkiyə Böyük Millət Məclisi sədrinin çıxışı deputatlar tərəfindən böyük maraqla dinlənildi və dəfələrlə alqışlarla qarşılandı.

 

                    X              X             X

 

                TÜRKİYƏ VƏ AZƏRBAYCAN PARLAMENTLƏ  SƏDRLƏRİNİNMƏTBUAT KONFRANSI

 

        Milli Məclisin   iclasları arasındakı fasilədə Türkiyə Böyük Millət Məclisinin sədri Ömər İzginin və Azərbaycan parlamentinin sədri Murtuz Ələsgərovun mətbuat konfransı olmuşdur

        Parlamentlərin sədrləri mətbuat nümayəndələrini salamlayaraq, ikitərəfli münasibətlərin öncül məsələləri üzərindəətraflı dayandılar. Onlar səfər zamanı keçirilmiş görüşlərin nəticələrini də yüksək qiymətləndirdilər.

        Ömər İzqi parlamentlərarası münasibətlərin gələcək inkişafı barədə jurnalistlərin suallarına cavab verərək bildirdi ki, türkdilli  ölkələrin parlamentlərinin mühüm məsələlərdə fəaliyyətini əlaqələndirəcək  Parlament Assambleyasını yaratmaq sahəsindəgedir.

        Sonra parlament sədrləri Qafqaz regionunda sabitlik yaradılması, Türkiyə və Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsi ilə bağlı suallara cavab verdilər.

 

                                               X     X     X

 

    TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ ÖMƏR İZGİ AZƏRBAYCAN QAÇQINLARI İLƏ               GÖRÜŞMÜŞDÜR

 

        Həmin gün Türkiyə Böyük Millət Məclisinin sədri Ömər İzgi Səttarxan adına zavodun tikintisi yarımçıq qalmış inzibati binasında yerləşdirilmiş qaçqın-köçkünlərlə görüşmüşdür.

        Cənab İzgi və onun xanımı zavodun ərazisində qoyulmuş vaqonlara gələrək, burada yaşayan ailələrin yaşayış şəraiti ilə tanış oldular.

        Söhbət zamanı baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov Ermənistanın torpaqlarımızın zəbt olunmasına yönəldilmiş təcavüzkar siyasətindən danışdı. O, həmçinin dedi ki, son 15 ildə Azərbaycanda baş vermiş bütün faciəli hadisələrin kökündə Mixail Qorbaçovun Qarabağı Azərbaycandan qoparıb, Ermənistana birləşdirməyə yönəldilmiş siyasəti durmuşdur. Bu siyasətin həyata keçirilməsində başlıca maneə o vaxtlar Moskvada işləyən Heydər Əliyev idi. Onun istefasından sonra Qorbaçov erməni millətçilərinə verdiyi vədləri həyata keçirməyə başladı. 1988-ci ilin Sumqayıt hadisələri, sonra isə 1999-cu ilin 13-14 yanvar Bakı hadisələri Qorbaçovun göstərişi ilə DTK tərəfindən təşkil olunmuşdu və məqsəd azərbaycanlıları dünya ictimaiyyətinə vəhşilər kimi təqdim etmək idi.

        Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğal edilmiş, yüz minlərlə insan ev-eşiyindən didərgin salınmışdır. Əsrlərlə müasir Ermənistanın ərazisində yaşamış azərbaycanlılar da döğma ocaqlarından qovulmuşlar.

Türkiyə parlamentinin başçısı Azərbaycanın öz ərazi bütövlüyünün bərpasına yönəldilmiş haqlı tələblərini dəstəklədiyini bildirərək vurğuladı ki, Türkiyə Azərbaycanın mövqeyini beynəlxalq səviyyədə həmişə müdafiə edəcəkdir.

Sonra Ömər İzginin adından qaçqınlara humanitar yardım paylandı.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev, Türkiyənin Bakıdakı səfiri Ünal Çeviköz iştirak edirdilər.

 

                               X              X              X

AZƏRBAYCANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏ İLƏ      GÖRÜŞÜ

 

        Elə həmin gün Türkiyə Böyük Millət Məclisinin sədri Ömər İzgi Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşmüşdür.

        Baş nazir qonağı salamlayaraq vurğuladı ki, Azərbaycan qardaş Türkiyə ilə siyasi və iqtisadi əlaqələrin inkişafına həmişə xüsusi əhəmiyyət vermişdir. Ölkələrimiz bir çox iqtisadi layihələri həyata keçirir, bunların arasında enerji daşıyıcıları ilə bağlı layihələr əsas yer tutur. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinə dair məsələlər artıq həll edilmişdir. Türkiyənin bir çox iş adamları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoyurlar. Azərbaycanın iş adamları da Türkiyədə öz bisneslərini uğurla inkişaf etdirirlər.

        Səmimi görüş üçün minnətdarlıq edən Türkiyə parlamentinin sədri bildirdi ki, enerji layihələrinin həyata keçirilməsi iki qardaş xalqın daha da yaxınlaşması üçün faydalı olacaqdır. Bu layihələrin həm iqtisadi, həm də regionda sabitliyin bərqərar edilməsinə köməyi baxımından siyasi  əhəmiyyəti vardır.

        Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Ünal Çeviköz, Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev iştirak edirdilər. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib