İQTİSADİYYAT
® Yeni ildə yeni mənzil
Yeni ilin hər kəs üçün fərqli bir mənası var. Bəzilərimiz keçmiş illərin bizə nə gətirdiyini və ya bizdən nə aldığını, keçən ildə nə etdiyimizi və öyrəndiklərimizi nəzərdən keçiririk. Ətrafımıza faydalı olub-olmadığımızı və vaxtımızı düzgün istifadə edib-etmədiyimizi düşünürük. Ola bilsin ki, bir çoxumuz ötən ildən daha çox yeni ilə diqqət yetiririk. Yeni ildə arzular siyahısı hazırlayaraq, onu həyata keçirtmək üçün səbirsizlənirik.
Hər yeni il yeni nailiyyətlər, yeni ümidlər, bir sözlə, yeniliklər ilidir.
Bəzi dünya ölkələrində yeni illə bağlı maraqlı adət-ənənələr mövcuddur. Belə ki, yeni ildə insanlar əşyalarını, mebellərini, maşınlarını, hətta evlərini belə yeniləyirlər.
Azərbaycanda, xüsusilə Bakı şəhərində mənzil sahibi olmaq heç də asan deyil. İpoteka ilə mənzil almaq şərtləri isə hər ailə üçün əlçatan olmur. Lakin “Melissa Group” yeni kampaniyası ilə yeni ildə hər kəsi mənzil sahibi edəcək. Belə ki, tək şəxsiyyət vəsiqəsi ilə 5 illik daxili ipoteka ilə 20 200 AZN ilkin ödəniş, 900 AZN aylıq ödəniş edərək 2022-ci ildə hər kəs mənzil sahibi ola biləcək. Həm nağd, həm də ipoteka şərtləri ilə həm təmirsiz, həm də təmirli müxtəlif sahələrdə mənzillər əldə edə bilərsiniz.
Bəs siz yeni ildə mənzil sahibi olmaq istəyirsiniz?
Elə isə ətraflı məlumat üçün *3939-a zəng edin və ya “melissagroup.az” saytına daxil olun.