_***_
İslam Konfransı Təşkilatının üçüncü fövqəladə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İordaniya Kralı II Abdulla və Banqladeşin Baş naziri xanım Xalidə Ziya Rəhman ilə də qısa görüşləri oldu.
Zirvə toplantısının birinci iş günü başa çatdıqdan sonra Minadakı Kral sarayında Səudiyyə Ərəbistanının Kralı Abdullah ibn Əbdüləziz Al Səud tərəfindən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verildi. Azərbaycan Prezidenti İlham Əliyev ziyafətdə iştirak edirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri davam edir.