® 10 il мüddətində tibb sahəmizə verilmiş önəmli töhfə
Zəfər Günü münasibətilə həyata keçirilən silsilə tədbirlər sırasında səhiyyə tədbirləri də yer alıb. Bunlardan biri kimi, Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının (ABMCA) 10 illik yubiley hesabat toplantısı olub. Tədbir ölkəmizdə bu sahənin öndə gedən əsas tibb işçilərinin birlikdə elmi müzakirələri və görülən işlərin effektivliyindən bəhs edən çıxışlarıyla yadda qaldı. İlk öncə tədbiri Bariatrik-Metabolik Cərrahlar dərnəyinin qurucusu və sədri, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərov giriş nitqi ilə açıq elan edərək 10 il ərzində səhiyyəmizdə bu sahənin inkişafı üçün görülən işlərdən bəhs etdi. O, çıxışında xüsusi olaraq qeyd etdi ki, gənc dərnək olmağımıza baxmayaraq qurulduğumuz ildən 1 il sonra ölkə daxilində, 2 il sonra isə artıq beynəlxalq sferada tanınmağa başladıq. Belə ki, 2014-cü ilin may ayında Beynəlxalq Piylənmə Cərrahiyyəsi və Metabolik Xəstəliklər Assosiasiyasına -IFSO (International Federation for the Surgery of Obesity and Metabolic Disorders) rəsmi olaraq üzv seçildik. Bu, bizim üçün çox qürurverici an idi. Çünki artıq IFSO-nun Avropa bölümünün tamhüquqlu dərnəklərindən biri olmuşduq. Bu, o deməkdir ki, artıq dərnəyimizin üzvləri birbaşa beynəlxalq sertifikatlı üzvlərdir. Bununla yanaşı olaraq bu seçim bizə imkan verirdi ki, aşağıda qeyd edilən beynəlxalq jurnallara birbaşa giriş və bu elmi məqalələrdən birbaşa yararlanmaq imkanı əldə olunsun.
1. Obesity Surgery
2. Surgical Endoscopy
3. World Journal of Surgery
4. BMC Endocrine Disorders
Metabolic disorders
Obesity disorders
5. BMC Nutrition Journal of Diabetes and Metabolic Disorders
6. Eating and Weight Disorders.
Çıxışında bunu xüsusilə qeyd edən dərnək sədri deyib: "Qürur hissi ilə deyə bilərik ki, Qafqaz və Xəzəryanı postsovet məkanına aid ölkələrdən ilk olaraq bu dərnəyə biz seçilmişik. Tədbirin ilk hesabat bölümündə ilk öncə beynəlxalq aləmdə ölkə bariatrik-metabolik cərrahiyyəsinin tanınması istiqamətində aparılan işlərdən danışıldı. Belə ki, ilk elmi çıxış 2015-ci ildə Avstriyanın paytaxtı Vyanada keçirilən Dünya Konqresində edilmişdir və bundan sonrakı dövrdə aktiv olaraq bir çox beynəlxalq tədbirlərdə dərnək üzvləri tərəfindən elmi məruzələr edilmişdir. Görülən işlərin bariz nümunəsi kimi 2017-ci ildə Londonda keçirilən IFSO dünya konqresində dərnəyin ölkədə gördüyü elmi işlərdən dolayı IFSO idarə heyəti və konqresin sədri tərəfindən təşəkkür sertifikatı ilə təltif edilmişdir".
Hesabat tədbirində qeyd edilən maraqlı məqam bu sahənin beynəlxalq elm arenasında ilk çıxış sayılan 2015-ci ildə dünya konqresində edilən ilk çıxış elə həmin il məqalə şəklində dərc edilmişdir. Bu elmi məqalə 2017-ci ildə mükafata layiq görülmüşdür.
2017-ci ildə Azərbaycan Tibb Universitetində bu sahə cərrahi bölümlər üzrə tədris proqramına daxil edilmiş və 2018-ci ildə ilk tədris vəsaiti kimi dərc edilmişdir. Hesabat toplantısının qısa rezumesi olaraq görülən işlərin bariz nümunəsi olaraq hazırda 11 klinikada bariatrik və metabolik əməliyyatlar aparılır.
Orta hesabla 9 il ərzində 5600-ə yaxın müxtəlif əməliyyat aparılıb. Beynəlxalq məruzəçilərin iştirakı ilə 7 milli konqres təşkil edilib.
30-dan çox elmi məqalə yazılıb.
1 milli protokol
1 çoxmillətli tədqiqat
1 praktik tövsiyə
3 dərs vəsaiti.
Gənc cərrahlar və rezidentlər üçün 4 ildir ki, canlı cərrahiyyə kursu təşkil olunub.
4 doktorluq dissertasiyası müdafiə edilir.
Dərnək üzvləri son 8 ildə 123 beynəlxalq konfransda iştirak və təqdimatlar ediblər.
2016-cı ildən etibarən maariflənmə tədbirləri silsiləsindən hər il ölkə daxilində xarici professorların iştirakı ilə bu sahənin inkişafına xidmət edəcək konqreslər təşkil olunub. Sonda Beynəlxalq Piylənmə Cərrahiyyəsi və Metabolik Xəstəliklər Assosiasiyasına -IFSO (International Federation for the Surgery of Obesity and Metabolic Disorders) və Amerikan Bariatrik Metabolik Cərrahlar Dərnəyinin birlikdə yenilədiyi Protokol müzakirə olunaraq müddəalarına aydınlıq gətirilib. Bu sənədə uyğun olaraq milli protokolun yenidən formalaşdırılması üçün dərnək üzvləri arasında vəzifə bölgüsü aparıldı. Tədbirin son hissəsində dərnək üzvlərinə IFSO beynəlxalq sertifikatları təqdim edildi. Tədbir dərnək üzvlərinin və sədrinin görülən və görüləcək işlərdən bəhs edən çıxışları ilə yekunlaşdı. Sonda Taryel Ömərov Zəfər bayramı münasibətilə xalqımızı dərnək adından təbrik etdi: "Bu Zəfəri bizə yaşadanların qarşısında ehtiramla baş əyirik", - dedi.