Azərbaycan Dövlət İnformasiya Agentliyi

® 10 illik rəqəmsal yol – “AzInTelecom”

®  10 illik rəqəmsal yol – “AzInTelecom”

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycanın rəqəmsal inkişafına töhfə verən qurumlardan biri – “AzInTelecom” MMC-nin təsis edilməsindən 10 il ötür.

“AzInTelecom”dan AZƏRTAC-a bildirilib ki, keçən müddət ərzində “AzInTelecom” həm dövlət, həm də özəl sektor üçün innovativ həllər təqdim etməklə ölkənin İKT sektorunda etibarlı şirkət kimi yer alıb.

“AzInTelecom” MMC 2015-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeli qurumu kimi yaradılıb, 2021-ci ildə Məlumat Hesablama Mərkəzi ilə birləşdirilərək strukturu yenidən təşkil olunub. Qurum 2024-cü ildən etibarən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərir. “AzInTelecom” fəaliyyətinin ilk illərində daha çox “bulud” xidmətləri və beynəlxalq səs trafiki üzrə ixtisaslaşsa da, hazırda bir sıra fəaliyyət istiqamətinə malikdir.

  “Bulud” texnologiyaları ilə güclənən rəqəmsal infrastruktur

“AzInTelecom” MMC-nin fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanda rəqəmsal infrastrukturun qurulması və inkişaf etdirilməsidir. Ölkənin ən böyük “bulud” provayderi olan “AzInTelecom” 2019-cu ildə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış “Hökumət “buludu” layihəsini də icra edən qurumdur.

“AzInTelecom”a məxsus Bakı Əsas (2015) və Yevlax Ehtiyat data mərkəzlərində (2022) 250-dən çox quruma müxtəlif “bulud” xidmətləri göstərilir. Onların 130-dan çoxu “Hökumət “bulud”u” layihəsi çərçivəsində öz İT infrastrukturunu data mərkəzlərinə yerləşdirən dövlət qurumudur. Burada məqsəd dövlətin informasiya texnologiyalarını mərkəzləşdirmək, təhlükəsizliyi artırmaq və xərcləri optimallaşdırmaqdır. Beynəlxalq standartlara (TIER 3 sertifikatlı) uyğun qurulan bu mərkəzlər dövlət qurumları və özəl sektor üçün məlumatların təhlükəsiz şəkildə saxlanılması və emalını təmin edir.

Qurum tərəfindən fərdlər, eləcə də kiçik və orta bizneslər üçün “bulud” xidmətlərinə rahat əlçatanlıq formalaşdırmaq məqsədilə 2024-cü ildə “AzInCloud” adlı yeni platforma da istifadəyə verilib. Platforma hansısa fiziki sənəd və müqaviləyə ehtiyac olmadan istifadəçiyə öz “bulud” xidmətlərini sərbəst şəkildə əldə etmək imkanı təqdim edir.

Ötən ilin sonlarında isə Azərbaycanda daha iki yeni Data Mərkəzinin inşası üçün Avropa İnvestisiya Bankı (AİB) tərəfindən “AzInTelecom”a 43 milyon avro kredit ayrılıb. Bu, AİB tərəfindən Azərbaycanda ilk dəfə dövlət sektoruna ayrılan sərmayə hesab edilir. Artıq Abşeron və Hacıqabul rayonlarında yaşıl texnologiyalar əsasında yeni nəsil data mərkəzlərinin inşasına start verilib.

“SİMA” – yeni nəsil biometriya həlləri

2022-ci ildə “AzInTelecom” tərəfindən yaradılmış “SİMA” yeni nəsil rəqəmsal imza ölkənin rəqəmsal inkişafı tarixində mühüm layihə hesab edilir. Mobil tətbiq formasında işləyən imza vətəndaşlar üçün tam ödənişsiz şəkildə təqdim olunur. Qısa müddətdə vətəndaşlar arasında tanınan “SİMA İmza” tətbiqi üç il ərzində bir çox sektorda xidmətlərin rəqəmsallaşmasına təminat yaradıb. Artıq mobil tətbiqin yüklənilmə sayı 4 milyonu ötüb. Dövlət və özəl sektorda xidmətlərin elektronlaşmasında istifadə olunan “SİMA İmza”nın tərəfdaş sayı 80-nə çatıb. Mobil Notariat, E-gov, MİDA, “mygov”, “digital.login”, ƏMAS, “Smart Customs”, Elektron Məhkəmə, İnternet Vergi İdarəsi və s. kimi dövlət elektron platformalarına “SİMA İmza” ilə giriş (təsdiqləmə) prosesləri təmin edilib. Xüsusilə də 12 avqust 2024-cü ildə Əmək Məcəlləsinə edilmiş müvafiq dəyişiklikdən (əmək müqavilələrinin elektron formata keçirilməsi) sonra “SİMA İmza” bu prosesdə mühüm rəqəmsal alətə çevrilib. Belə ki, indiyədək ölkə üzrə elektron əmək müqavilələrinin 98 faizi “SİMA İmza” ilə imzalanıb. “digital.login” vahid giriş sistemi üzərindən dövlət və özəl xidmətlərə daxilolmaların isə 35 faizi “SİMA İmza” ilə həyata keçirilib. Bu isə onu göstərir ki, “SİMA İmza” elektron xidmətlərə əlçatanlıq yanaşmasında məkan və zaman amillərini aradan qaldırıb, insanların gündəlik həyat fəaliyyətini asanlaşdırıb. SİMA rəqəmsal imza sistemi sayəsində insanlar artıq bir çox xidmətlərə fiziki iştirak etmədən, onlayn şəkildə çıxış əldə edə bilirlər. Ölkənin ən ucqar yerlərində yaşayan vətəndaşlar da xidmət mərkəzlərinə getmədən elektron imza əldə edərək öz işlərini məsafədən həll edə bilirlər.

“SİMA” ekosistemi çərçivəsində təqdim olunan “SİMA KYC” (biometrik identifikasiya) “SİMA Pay” (üztanıma ilə ödəniş) və “SİMA Access” (təhlükəsiz giriş) kimi innovativ həlləri özündə birləşdirir. Eyni zamanda ölkəmizin ilk elektron imzası sayılan USB disk şəklindəki imza aləti də təkmilləşdirilərək “SİMA Token” adı ilə bu platformaya daxil edilib. Həm fərdlər, həm də qurumlar bu imzanı sima.az saytından onlayn formada sifariş edə bilərlər.

Kibertəhlükəsizlikdə kompleks yanaşma

“AzInTelecom” ötən müddətdə kibertəhlükəsizlik xidmətlərini də inkişaf etdirib. Şirkətdə 24/7 rejimdə fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyatları Mərkəzi mövcuddur. Qurum, həmçinin beynəlxalq sertifikatlar əldə edib və “WebTrust” auditi ilə öz sertifikatlarını qlobal məkanda tanıdaraq beynəlxalq etibarlılığını artırıb. “ISO 27001” kimi informasiya təhlükəsizliyi üzrə beynəlxalq sertifikat, maliyyə əməliyyatlarında kart məlumatlarının qorunmasını təmin etməyə və müştəri məlumatlarının təhlükəsizliyini yüksək səviyyədə qorumağa imkan verən “PCI-DSS” standartının tətbiqi, gözlənilməz hallar və insidentlər zamanı əsas biznes funksiyalarını fasiləsiz şəkildə davam etdirməsinə, risklərə operativ reaksiya verməsinə şərait yaradan “ISO 22301” standartı ilə şirkət öz fəaliyyətini tam beynəlxalq standartlara uyğunlaşdırıb.

Yerli və beynəlxalq əməkdaşlıq

“AzInTelecom” fəaliyyətində digər dövlət qurumları ilə əməkdaşlığa da xüsusi önəm verir, koordinasiya və texnoloji dəstək mexanizmləri yaradılır. Bu əməkdaşlıq dövlət orqanlarının vahid rəqəmsal ekosistemin formalaşdırılmasına töhfə verir, vətəndaş məmnuniyyətini yüksəldir, dövlət qurumlarının fəaliyyətində şəffaflığı artırır. Xüsusilə “Hökumət “buludu” və SİMA olmaqla, müxtəlif layihələr çərçivəsində birgə görülən işlər vətəndaşlara göstərilən xidmət keyfiyyətini və rəqəmsal imkanları artırmağa xidmət edir.

“AzInTelecom” beynəlxalq əməkdaşlıq strategiyası çərçivəsində isə “bulud” texnologiyaları sahəsində nüfuzlu Avropa şirkəti “Gcore” ilə tərəfdaşlığa start verib. “Google” və “Amazon” kimi dünya nəhəngləri ilə də mövcud istiqamətdə danışıqlar aparılır.

Elektron xidmətlərdə innovativlik

“AzInTelecom” həm də xaricdən Azərbaycana gətirilən mobil cihazların qeydiyyatını aparır və cihazların IMEI kodlarının saxtalaşdırılmasına qarşı mübarizə tədbirləri görür. İndiyədək orijinal olmayan minlərlə klon IMEI nömrəsi aşkarlanaraq bloklanıb. Bu isə mobil cihaz bazarının daha şəffaf və təhlükəsiz hala gətirilməsinə gətirib çıxarıb.

Vətəndaş məmnuniyyətinin təminatı məqsədilə həftənin bütün günləri Çağrı mərkəzi fəaliyyət göstərir. İl ərzində Çağrı mərkəzi tərəfindən 200,000-dən çox zəng və onlayn sorğu cavablandırılır.

Telekommunikasiya sahəsində dünya ölkələrinin aparıcı rabitə operatorları ilə əməkdaşlıq çərçivəsində “AzInTelecom” 10 ildir ki, beynəlxalq zənglərin həyata keçirilməsini təmin edir. Bundan başqa, Azərbaycana idxal olunan telekommunikasiya cihazlarının sertifikatlaşdırılması da məhz “AzInTelecom” tərəfindən həyata keçirilir. Nəticə etibarilə vətəndaşların keyfiyyətli elektronika mallarından istifadəsi dəstəklənir.

Dayanıqlı inkişaf və hədəflər

“AzInTelecom”un bu 10 ildəki fəaliyyəti və qarşıya qoyduğu məqsədlər Azərbaycanın rəqəmsal suverenliyinin gücləndirilməsinə və ölkənin beynəlxalq bazarda söz sahibi olmasına xidmət edir. Şirkətin əsas strateji hədəfləri yeni nəsil data mərkəzlərinin istifadəyə verilməsi, süni intellektin inkişafına dəstək məqsədilə müvafiq infrastrukturun qurulması və böyükhəcmli data əsasında yeni rəqəmsal məhsulların hazırlanmasıdır. 2024-cü ildə “AzInTelecom”un AZCON Holding-ə daxil edilməsi ilə bu tendensiyanın daha da güclənəcəyi gözlənilir. Belə ki, Holdinqin dəstəyi ilə innovativ layihələrin miqyasının genişləndirilməsi nəzərdə tutulur. Bunun sayəsində şirkət Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda rəqəmsal kommunikasiya habına çevrilməsini hədəfləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Savalan Mirzəyev: Azərbaycanın Zəfəri regionda sülhün və sabitliyin təminatıdır

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Naxçıvanda “Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi olub

Müharibə veteranı Taleh Qasımov: Zəfər Günü xalqımızın qürur mənbəyidir

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

Dmanisi Tədris Mərkəzində tədbir: “Zəfər səsləyir bizi”

Birinci Qarabağ müharibəsi qəhrəmanının obrazını göz yaşları ilə yaradan aktyor – Elnur Vəlizadə

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

“Neftçi” “Kəpəz”ə qalib gəlib

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommünikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb