İQTİSADİYYAT
® “AtaBank” “Visa Signature” kartını təqdim edərək daha bir yeniliyə imza atıb
“Visa International” beynəlxalq ödəniş sisteminin tərəfdaşı olan “AtaBank” daha bir yeniliyə imza atıb. Azərbaycanda ilk dəfə olaraq “Visa Signature” məhsulunu təqdim edib.
Özəl hazırlanan bu plastik kart “Visa” kartlarının üstünlüklərini və yüksək statusu özündə cəmləməyi bacarıb. “Visa Signature” nəinki Zaqafqaziyada, hətta Cənub-Şərqi Avropa regionunda belə Azərbaycan banklarından yeganə olaraq “AtaBank” ASC tərəfindən emissiya edilir. “Visa Signature" kart sahibləri dünya üzrə müxtəlif xidmət və təkliflərdən yararlana bilirlər. Belə ki, beynəlxalq müştəri və konsyerj xidməti, səhiyyə və sığorta dəstəyi, həmçinin digər imtiyaz və təkliflər sahibinə, onun yaxınlarına olduqları hər yerdə xüsusi status bəxş edəcək. Ətrafınızdan kimsədə olmayan özəl kartı əldə edin və komfortundan həzz alın.
Həyatınızın hər anında bir addım öndə olmaq üçün “AtaBank”dan “VisaSignature” kartını sifariş edin və “Visa”nın premium kartlar dünyasına qapılar üzünüzə açılsın http://www.visapremium.com .
“WhatsApp” istifadəçiləri “AtaBank”ın “WhatsApp” əlavəsinə bağlı olan (050) 999-91-36 telefon nömrəsinə yazaraq “Visa Signature” və digər kartlar haqda məlumatı operativ əldə edə bilərlər.
1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.