İQTİSADİYYAT
® “Azercell” yeni il ərəfəsində müştərilərinə daha bir “Eksklüziv”i təqdim edib
Müştərilərinə geniş seçim imkanı vermək, onların rahatlığını təmin etmək üçün “Azercell Telekom” MMC yeni konsepsiyalı satış və xidmət mərkəzlərinin sayını artırmağa davam edir. Dekabr ayının 5-də, yeni il ərəfəsində “Azercell” Sabirabad şəhəri, Heydər Əliyev prospekti 60 ünvanında müştərilər üçün yeni mağazasını istifadəyə verib. Mağazada abunəçilər müştəri xidmətlərində edilən əksər əməliyyatları, mobil nömrələr üzrə ödəmələri həyata keçirə və istədikləri mobil cihazları nağd və ya kredit şəklində əldə edə bilərlər. Düzgün cihaz seçimi etməkdə, xidmətləri aktivləşdirməkdə və digər məsələlərdə müştərilərə peşəkar satıcılar dəstək olacaqlar. Digər “Eksklüziv” mağazalarda olduğu kimi, “Azercell” Sabirabad şəhərindəki müştəriləri üçün də açılış gününə özəl, xüsusi kampaniya keçirir. Belə ki, dekabr ayının 5-dən etibarən 7 gün müddətində Sabirabad “Azercell Eksklüziv” mağazasından yeni smartfon alan hər bir müştəri “Azercell” nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq.
Qeyd edək ki, “Azercell Eksklüziv” mağazaları Bakı (Tbilisi prospekti, 44C, Bülbül prospekti, 5, Qara Qarayev prospekti, 30\42, mənzil 52, Bəxtiyar Vahabzadə küçəsi, 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev prospekti, Mehdi Hüseyin küçəsi, 54), Mərdəkan (Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, 92/2, mənzil 30), Xaçmaz (Nəriman Nərimanov küçəsi, 40), Salyan (Heydər Əliyev küçəsi, 105), Quba (Heydər Əliyev prospekti, 194 və Qələbə küçəsi, 12), Sumqayıt (11-ci Mikrorayon, Koroğlu və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi), Şamaxı (Ağamirzəli Əhmədov küçəsi, 1), Bərdə (İsmət Qayıbov küçəsi, 8), Gəncə (Heydər Əliyev prospekti, 149), Beyləqan (Sərdar İmrəliyev küçəsi, 265), Ağcabədi (Ü. Hacıbəyli prospekti, 68) və Qazaxda (Firuddin Şamoyev küçəsi, 1A) abunəçilərin ixtiyarına verilib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspress” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.