İQTİSADİYYAT
® “Azercell”in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minədək insan tibbi yardım alıb
“Azercell Telecom” MMC ölkənin lider mobil operatoru olmaqla yanaşı, həm də öz fəaliyyətində insanların həyatının yaxşılaşdırılmasına yönəlmiş sosial layihələrə xüsusi yer ayıran bir şirkətdir.
Belə layihələr sırasına “Mobil Göz Klinikası “ və “Mobil Diş Klinikası”nı aid etmək olar. Fəaliyyətləri dövründə adıçəkilən klinikalar tək Bakı deyil, həm də regionlara səfər edərək valideyn himayəsindən məhrum uşaqları, qocaları, aztəminatlı ailələri, məcburi köçkünləri müayinə və müalicə ilə təmin edib. 2018-ci il ərzində Bakı və Abşeron ərazisində ümumilikdə 628 uşaq “Mobil Diş Klinikası”nın xidmətlərindən yararlanıb, 8 illik fəaliyyəti ərzində isə tibbi yardım almış şəxslərin sayı 5000-i keçib. 2011-ci il iyun ayının 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan “Mobil Göz Klinikası” bu illər ərzində 7500-ə yaxın şəxsə tibbi yardım göstərib. Qeyd edək ki, bu layihələr çərçivəsində bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” (“İnsana Sərmayə”) “Qızıl Sertifikatı”na layiq görülən yeganə şirkətdir.