İQTİSADİYYAT
® “Kartmane” sahibləri 100 min manat keşbək qazanıb
“Rabitəbank”ın çoxfunksiyalı unikal keşbək kartı “Kartmane” öz sahiblərinə 100 min manatdan çox bonus qazandırıb.
Ötən ilin sonlarında bazara daxil olmuş “Kartmane” kredit və debet kartı unikallığı ilə rəqiblərini üstələməyə davam edir. Artıq əvvəlki kimi keşbək kartınızın hansı mağaza və ya restoranda keçərli olduğunu araşdırmağa ehtiyac yoxdur. Sahiblərini üstünlüklərlə yaşadan “Kartmane” kartı istisnasız dünyanın bütün YDM-lərindən 10 faizədək, kafe və restoranlardan 5 faiz, bütün ödənişlərə 2 faiz, bütün market ödənişlərinə 5 faiz keşbək qazandırır. Üstəlik 300-dək və sayı daim artmaqda olan partnyor şəbəkəsindən isə 30 faizədək keşbək əldə etmək mümkündür.
Bəs “Kartmane” sahibləri qazandıqları keşbəklər ilə nə edə bilər? “Kartmane”ni üstün seçim halına gətirən əsas məsələ isə qazanılmış keşbəkləri real pula çevirərək öz hesabına geri qaytarmağın mümkünlüyüdür. Rahat bonus hesablama qaydası olan “Kartmane” kartında bir bonus bir manata bərabərdir. 32 mindən çox müştəriyə üstünlüklər yaşadan “Kartmane” sifariş etmək üçün “Rabitəbank Mobil” tətbiqini “http://onelink.to/qdd2yn” linkindən yükləyərək pulsuz çatdırılma ilə qapınıza qədər gətirdə bilərsiniz. Üstəlik bu mobil tətbiq ilə banka gəlmədən öz kart hesabınızı və keşbək bonuslarınızı idarə edərək istənilən bank əməliyyatını həyata keçirə bilərsiniz. “ Kartmane”lilərin toplaşdığı “Telegram” kanalına abunə olmaqla yeni partnyorlardan, kampaniyalardan və endirimlərdən ilk agah ola bilərsiniz: “https://t.me/KartmaneAZ”
Daha ətraflı məlumat və kart sifarişi üçün “https://rabitabank.com/kartmane” linkinə keçid edin.
"Rabitəbank" Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, “İnternet Bankinq” və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.