Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

® Məqsədyönlü inkişaf: Bizneslər öz marketinq strategiyaları haqqında yenidən düşünməlidirlər. Amma niyə?

®  Məqsədyönlü inkişaf: Bizneslər öz marketinq strategiyaları haqqında yenidən düşünməlidirlər. Amma niyə?

İstehlakçıların 68 faizi inanır ki, şirkətin davranışı onun məhsul və xidmətləri qədər vacibdir. Dünyanın ən böyük konsaltinq və audit şirkətlərindən olan EY (Ernst & Young Global Limited) bu yaxınlarda keçirdiyi sorğunun nəticəsində bu qənaətə gəlib. Artıq getdikcə daha çox aydın olur ki, şirkətlər qısamüddətli gəlirə xidmət edən taktikalardan uzaqlaşmalı, bunun yerinə məqsədyönlü inkişafa fokuslanmalıdırlar.

Görünən odur ki, “nəyin bahasına olursa-olsun böyümə” yanaşması bu gün artıq öz aktuallığını itirir. Biz ətrafımızdakı dünyaya baxmalı və istehlakçıları dinləməliyik. Nəticədə, biznesin taleyinə onlar qərar verirlər. Bu barədə Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr və kommunikasiyalar departamentinin müdiri Jalə Əzizovanın məqaləsində deyilir. Məqaləni təqdim edirik.

“İndi isə gəlin inkişaf və ya böyümənin nə olduğunu müəyyənləşdirək. Şəxsən mən “məqsədyönlü inkişaf” termininə üstünlük verirəm. Bəs bu nədir? Qısa desək, bu, şirkətin elə davranmasıdır ki, hər kəs üçün dəyər yaransın. Başqa sözlə, bu, bütün maraqlı tərəflərin qazana biləcəyi bir modeldir.

İndi yazdıqlarım qeyri-müəyyən bir bəyanat kimi səslənə bilər, amma bu barədə düşünməyə çalışaq: etibar doğuran və səmimi məqsədlər və uzunmüddətli dəyər prinsipləri ilə yaradılan bir biznes modeli təsəvvür edin. Bu modeldə şirkət növbəti təqvim ilindəki dövriyyəsi haqqında deyil, 5 və hətta 10 illik bir müddətdə cəmiyyətə təsiri haqqında düşünür.

Yanaşma dəyişməsə, istehlakçılardan istifadə davam edəcək

Peşəkar və həm də adi bir insan kimi uzun zamandır ki, mənə maraqlı olan bir məsələni - həm Azərbaycanda, həm də səfərlərim zamanı digər ölkələrdə müştərilərin münasibət və davranışlarını - müşahidə edirəm. Heç kimə sirr deyil ki, marketinq mütəxəssisləri müştəri cəlb etmək və qısamüddətli gəlirlərin artmasına nail olmaq üçün sosial mediadan və ağıllı fəndlərdən istifadə edirlər.

“Bu yay üçün ən yaxşı səndəllər…!”, “Şəhərdə ən yaxşı səhər yeməyini harada yemək olar?”, “Bu detoks proqramı ilə 21 günə başqa bir sən...” - sosial media belə baxış sayı artıran başlıqlarla doludur. İstehlakçıların bunlardan xoşu gəlmir, çünki bu yazılar əksər hallarda onları yanılda bilir. Şirkətlər isə bunları sevirlər, çünki həmin üsullar işə yarayır. Bu, əlbəttə ki, insanı ən çox qıcıqlandıran məsələlərdən biridir, digər tərəfdən isə şirkətlərin müştəri cəlb etmək üçün tətbiq etdiyi zərərsiz görünən üsullardandır.

Bu taktikalardan istifadə edən şirkətlər müştəri cəlb edir və gəlirlərini artırırlar. Bu, qaydasız, qalibin hər şeyə sahib olduğu, rəqəmsal texnologiya vasitəsilə təşviq olunan və rüblük gəlir hədəflərini və səhmdarların gözləntilərini qarşılamağa yönəldilmiş modeldir. Nəticədə istehlakçılar şirkətin faydasına maksimum məlumatın əldə olunduğu və istismar olunan cansız varlıqlara çevrilirlər.

Bəs istehlakçılar əslində nə istəyirlər?

İndiyə kimi yuxarıda haqqında söz açdığım yanaşma işə yarayıb. Amma artıq mənə aydındır ki, insanlar dəyişiklik istəyirlər. Müştərilər şirkətlərdən daha çoxunu və daha yaxşısını tələb edirlər. Məsələn, artıq istehlakçıların dayanıqlı məhsul və xidmətlər ilə bağlı gözləntilərinin olması barədə getdikcə daha çox eşidirik. İstehlakçılar brendlərin şüarlarını eşitməkdən yorulublar, bunun yerinə mərkəzində insan amilinin olduğu bir müştəri təcrübəsi istəyirlər.

Bunlar yalnız mənim subyektiv fikirlərim deyil və belə düşünən tək mən deyiləm. EY tərəfindən hazırlanmış Gələcək İstehlakçı İndeksi sorğusuna əsasən, istehlakçıların 68 faizi düşünür ki, şirkətin davranışı onun nə satdığı qədər önəmlidir, 69 faizi isə deyir ki, brendlər etik və cəmiyyətin gözləntilərinə uyğun davranmalıdırlar. Respondentlərin yalnız 38 faizi brendlərin pozitiv fəaliyyətini yetərli hesab edir.

Var olmaq uğrunda mübarizə yaxşı niyyətlərə kölgə salır

Şirkətlərin nəyin bahasına olursa-olsun böyümə istəyini də başa düşmək çətin deyil: bazarda var olmaq uğrunda ciddi bir yarış gedir. Bu baxımdan şirkətlərin biznesdə və rəqibləri arasında öz bazar payına sahib olmaq ilə bağlı qayğıları anlaşılandır.

Eyni zamanda müştəri, əməkdaş və səhmdarlar ətrafdakı dünyanın çevik dəyişikliyinə, xüsusilə də rəqəmsal texnologiyanın sürətinə əsasən gözləntilərini tez-tez dəyişə bilirlər.

Bütün bu təzyiqlərə cavab olaraq, bir çox şirkətlər öz transformasiyalarının mərkəzində ali məqsəd olduğunu deyirlər. Onlar uzunmüddətli dəyər haqqında danışır, bu isə performansın ölçülməsi üçün maliyyə nəticələrindən daha böyük bir meyar olması deməkdir. Bu yeni ölçü meyarları yaxşı idarəetmə təcrübələrini, şəffaflıq və bütün insanlarla - müştərilər və əməkdaşlarla - şəffaf və etik münasibətləri əks etdirir. Bizneslər artıq cəmiyyətin və planetimizin qayğısına qalmaları haqqında daha çox danışırlar.

Müştərilərin daha yaxşı təcrübə axtarması və öz dəyərlərinə uyğun brend seçməsi “nəyin bahasına olursa-olsun” böyümə yanaşmasını zəiflədir. Veysəloğlu Şirkətlər Qrupunda biz bu yaxınlarda müştəri münasibətindəki bu dəyişikliyi sezməyə nail olmuşuq. Marketinq peşəkarları olaraq, bu fikri təşkilatın bütün funksiyalarına çatdırmışıq. Bu məqaləni çalışdığım şirkəti təbliğ etməklə bağlı heç bir məqsədim olmadan yazmağa başladım. Amma qrupumuz daxilində biznesin transformasiyasına xidmət edəcək əməliyyat modelinin yenidən qurulmasına yönəlmiş cəhdlər məni sevindirir, belə ki, bu, bazarda hər kəsin qazanacağı bir böyümə deməkdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidissiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM