ELM VƏ TƏHSİL


® NORSU CMS

NORSU CMS kurslar üçün hazırlanmış idarəetmə sistemidir.

Günümüzdə kursların böyük bir qismi bütün məlumatları “excel”də tutur və hesabatları bu üçüncü partiya proqram ilə edirlər. Bu isə tamamən riskli metoddur. Kompüterin başına gələ biləcək hər hansı bir bədbəxt hadisə və ya virus bulaşması bu məlumatlara zərər verə bilər, hətta silinə bilər.

Kurslarda yaşanan və ya yaşana biləcək bu tip problemlərin qarşısını almaq üçün proqramçı Musa Abbasov NORSU CMS adını verdiyi veb üzərində işləyən idarəetmə sistemini hazırlayıb. NORSU CMS məlumatların silinməsinin qarşısını almaqdan əlavə olaraq kursların saatlarla vaxtını aparan işləri sadəcə bir neçə kliklə həll edir.

Xatırladaq ki, Musa Abbasovun bu layihəsi "Creative Business Cup 2019" yarışmasında Azərbaycan üzrə iştirak edən 168 layihə arasında qalib gələn 19 layihədən biridir.

NORSU CMS ilə bütün filiallarınızı sistemə əlavə edib, kursun bütün filiallarını tək bir nöqtədən idarə edə bilmək mümkündür. Sistemdə filial yarada bilər, direktorları, menecerləri, müəllimləri qeydiyyata salıb bu filiallara təyin edə bilər, müəllimlərin maaşlarını faizə, iştirak sayına və stabil olmaq üzrə 3 fərqli metodla yalnız 1 kliklə hesablaya bilər, kursun detallı statistikasını ala bilərsiniz.

Ən önəmlisi də kursda dərs alan tələbələrin ödənişlərinə nəzarət edə bilmək mümkündür. Sistemdə tələbə qeydiyyatdan keçirərkən tələbənin təməl məlumatları ilə yanaşı neçə dərs alacağını, hansı müəllimin hansı sinfində dərs alacağını və ödənişini qeyd edirsiniz. Müəllimin elektron jurnalda əlavə edəcəyi +, - və qayıb əsasında sistem avtomatik olaraq tələbənin neçə dərs sayının qaldığını hesablayıb ödəniş cədvəlində göstərir. Dərs sayı azalan tələbə bu siyahıda ən üst sırada çıxmağa başlayır və beləliklə ödəniş tarixi yaxınlaşan tələbə siyahıda gözdən qaçmır.

Yaxın gələcəkdə əlavə ediləcək funksiya ilə birlikdə tələbə də sistemə qoşula biləcək və özünə aid olan məlumatları (nə qədər ödəniş etdiyini, ən son ödəniş etdiyi tarixi, neçə dərsinin qaldığı) görə biləcək.

NORSU CMS yuxarıda sayılan funksiyalarla birlikdə 20-dən çox funksiyaya sahibdir və bu rəqəm müştərilərin verdiyi təklif və ideyaların gerçəkləşməsi ilə artmağa davam edir.

Daha ətraflı məlumat üçün: https://www.norsucms.org/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.