İQTİSADİYYAT
® ABB-dən yeni “Tam DigiCard”!
ABB rəqəmsal kart məhsulu olan “Tam DigiCard”ı təqdim edib. “Tam DigiCard” “MasterCard” debet kartı bir çox bank xidmətlərindən rahat, illik limit olmadan və müxtəlif imtiyazlarla istifadə imkanı yaradır. Kartı anında əldə edib, “Apple Pay” və “Google Pay”lə dərhal yararlanmaq olar.
“Tam DigiCard” sahibləri ölkədaxili kartlara 7000 AZN-dək köçürmə və nağdlaşdırma əməliyyatları həyata keçirərkən heç bir komissiya ödəmirlər. Karta mədaxil zamanı da xidmət haqqı tutulmur. Bu yeni kartla hesabdakı pul qalığına illik 7 faizədək gəlir qazanmaq olar. Həmçinin “Faydalı keşbek” paketlərindən birini seçib marketlərdə, restoranlarda, ərzaq və geyim mağazalarında, yanacaqdoldurma məntəqələrində ödəniş zamanı 10 faizədək keşbek əldə etmək mümkündür. Müştəri bu kartla “2xƏDV geri al” xidmətindən də yararlana bilər. Hazırda “Tam DigiCard”ın sifarişi yalnız “ABB mobile” tətbiqi ilə mümkündür.
Müştəri kart sifarişini SİMA İmza ilə rahat formada rəsmiləşdirir. Kart tam pulsuzdur! Kartınızı sifariş edib anında aktivləşdirərək istifadəyə başlaya bilərsiniz, hər hansısa gözləmə müddətinə ehtiyac yoxdur. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.