® “Expressbank”da yeni təyinat
“Expressbank” ASC-də yeni kadr təyinatı baş tutub.
Bankın Biznes bankçılıq departamentinin Mikrokreditlər şöbəsinin müdiri vəzifəsində çalışan Yaşar Cabarov Biznes bankçılıq departamentinin direktor müavini vəzifəsinə təyin edilib.
Yaşar Cabarov ali təhsilini Azərbaycan Texniki Universitetində tamamlayıb. Yaşar Cabarov maliyyə sektorunda 20 ildən çox peşəkar təcrübəyə malikdir.
O, karyerasına “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyət göstərməklə başlamış, 2005-ci ildən etibarən maliyyə sektorunda çalışmışdır. Bu müddət ərzində "AccessBank" QSC-də kredit mütəxəssisi, "TBC Kredit" BOKT MMC-də filial müdiri, "Yelo Bank" ASC-də isə Mikrokreditləşmə departamentinin Satışın təşkili şöbəsinin müdiri və Mikrobiznes müştəriləri departamentinin meneceri vəzifələrində fəaliyyət göstərib.
2023-cü ilin oktyabr ayından “Expressbank” ASC-nin Biznes Bankçılıq departamentinin Mikrokreditlər şöbəsinin müdiri vəzifəsində çalışan Yaşar Cabarov mikrobiznes kreditləşməsi sahəsində satış strategiyalarının inkişafı, kredit portfelinin böyüdülməsi, biznes proseslərinin optimallaşdırılması və komandanın idarə olunması istiqamətində uğurlu nəticələr əldə edib.
Yaşar Cabarovun yeni vəzifədə fəaliyyətinin “Expressbank”ın biznes bankçılıq istiqamətində strateji hədəflərinə nail olunmasına, mikrobiznes seqmentinin inkişafına və müştəriyönümlü xidmətlərin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.