Azərbaycan Dövlət İnformasiya Agentliyi

… Gözü yolda qalan var

… Gözü yolda qalan var

Bakı, 20 sentyabr, AZƏRTAC

Camal kişi 30 ildir ki, oğul intizarındadır...

30 ildir ki, atanın gözü yollardan yığılmır. Həm də təkcə onun yox, həyat yoldaşı Mayanın, qardaşları Səməd, Mahir, Mürşüd və Nuşirəvan, bacıları Əminə, Kamilə, Mehparə və Gülparənin də...

Mehman 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı itkin düşmüşdü. Şəhid statusu daşısa da, cəsədi tapılmadığından itkin hesab olunurdu. Mehmanın və onunla birlikdə şəhid olan iki döyüş yoldaşının nəşinin qalıqları Kəlbəcər rayonunun Yenikənd kəndi yaxınlığında erməni silahlı qüvvələrinin hücumu zamanı - 1993-cü il martın son günlərində şəhid olduqları ərazidə aşkarlanıb.

Onun şəhid olduğu barədə ilk günlərdən doğmalarına məlumat verilmişdi. Lakin elə həmin günlərdə Kəlbəcər rayonu Ermənistan hərbi birləşmələrinin nəzarəti altına keçdiyindən hadisənin şahidlərinin söylədikləri rəsmi təsdiqini tapmamışdı. Heç şəhidlərin doğmaları da hadisə şahidlərinin dediklərinə inanmaq istəmirdilər...

Günlər bir-birini əvəz etdikcə həmin hadisə hekayətlərə, həqiqət yükü az olan rəvayətlərə çevrilirdi...

Mehman orta məktəbi bitirdikdən sonra Gəncədəki Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdu. Ali məktəbi 1984-cü ildə bitirib, hərbi xidmətdə olduqdan sonra doğma rayona qayıdaraq sahə baytar həkimi kimi işləyib. 1992-ci ilin axırlarında erməni quldur birləşmələri Kəlbəcər ətrafında mühasirə həlqəsini daraltdığı bir vaxtda Mehman Musayev 17 nəfər həmkəndlisi ilə birlikdə yerli özünümüdafiə batalyonunun yeni bölməsini yaradıb və onlar Taxtabaşı kəndinin müdafiəsində dayanıblar.

Martın 28-də o, bir neçə döyüşçü yoldaşı ilə postun ətrafında təhlükəsizlik yoxlaması apararkən erməni silahlı dəstəsinin pusqusuna düşüb. Qeyri-bərabər döyüş zamanı Mehman Musayev iki silahdaşı ilə birlikdə son nəfəsinə qədər vuruşaraq şəhid olub. Hər üç döyüşçünün nəşi döyüş meydanında qalıb və bir gün sonra döyüş yoldaşları onları həmin ərazidə gizli şəkildə dəfn ediblər.

Həmin günlərdə ermənilərin Ağdərə istiqamətindən qəfil hücumunun qarşısını almağa çalışan Milli Ordunun döyüşçüləri itki verərək geri çəkilirdi. Cəbhəyanı ərazilərdə qızğın döyüşlər gedirdi. Erməni quldur birləşmələrinin Çərəkdar istiqamətindəki hücumu zamanı Azərbaycan ordusunun əsgərləri şəhid olmuş yoldaşlarının meyitlərini döyüş zonasından çıxarmağa macal tapmamışdılar...

Mehmanın şəhid olması xəbəri həmin günlərdə yayılmışdı. Düşmən Taxtabaşı kəndi yaxınlığındakı strateji yüksəklikləri, Ağdabanı və Çərəkdar kəndlərini ələ keçirmişdi. Həmin kəndlərin düşmən hücumundan müdafiəsi zamanı həlak olanlar arasında Mehman Musayev də var idi...

Camal kişi Mehmanın şəhid olmasına inana bilmirdi. O, həqiqətən uyğun olan-olmayan o qədər söz-söhbətlər eşitmişdi ki, şahidlərin dediyinə də şübhə ilə yanaşırdı.

O, ümidlə oğlundan xəbər gözləyirdi...

Onun ürəyincə olan xəbər...

Mehmanın doğmaları onu əsirlikdə axtarırdı. Camal kişi oğlunu axtarmaq, onun başına gələnləri öyrənmək üçün haralara üz tutmadı?! Azərbaycanın aidiyyəti dövlət qurumlarına, Beynəlxalq Qızıl Xaç Komitəsinə yazdığı məktubların özündə saxladığı nüsxələrin, həmin müraciətlərə verilən cavabların, üst-üstə yığılan sorğu və teleqramların sayını itirsə də, ümidini üzmürdü...

Kim bilir, bəlkə...

Bəlkə də...

Beş-altı il əvvəl Ermənistanda saxlanılan hərbi əsirlərlə bağlı sosial şəbəkələrdə yayılmış videosüjetdə gördüyü əsirlərdən birini oğluna oxşatmışdı. Özünə yer tapa bilməyən ata dərhal Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bərdədəki ofisinə üz tutaraq həmin videodakı əsirlərin şəxsiyyəti və onların taleyi barədə məlumat istədi. Komitənin nümayəndələri onunla birlikdə videoya baxaraq videosüjetdə olanların azad edilərək Azərbaycana gətirildiyi və ailələrinə qovuşduqlarını söyləmişdilər. Lakin atanın oğluna oxşatdığı hərbi əsirin şəxsiyyəti və onun yaşadığı ünvan barədə açıqlama verməkdən imtina etmişdilər - Beynəlxalq Qırmızı Xaç Komitəsinin nizamnaməsinə uyğun olaraq.

Ata isə heç cür aram olmur, oğluna oxşatdığı əsirin kimliyini öyrənməyə çalışırdı...

BQXK-nin Bakı ofisinin də cavabı onu qane etməmişdi. Qohum-əqrəbadan, dost-tanışdan xahiş edirdi ki, onun izlədiyi videoda Mehmanın oxşarı olan keçmiş hərbi əsirin yaşadığı ünvanı öyrənib ona versinlər. Xeyli axtarışdan sonra onun oğluna oxşatdığı şəxsin Mehman deyil, Afər adlı keçmiş döyüşçü olduğunu öyrənmişdi.

Atanın ümidləri qırılsa da, sarsılmadı, oğlunun cəsədinin tapılacağına inamını itirmədi. Əksinə, Mehmanın cənazəsini təhvil alacağı gün qurban kəsəcəyini söylədi.

Yenə də hər gün haqqın dərgahına əl açaraq itkin düşmüş oğlunun sümüklərinin tapılması üçün dualar edir, oğlunun taleyi barədə dəqiq məlumat öyrənəcəyinə inanırdı. Bu inam ona səbir və dözüm, yaşamaq eşqi verirdi!

Kəlbəcərin işğaldan azad olunması ilə Camal kişinin yaşamaq həvəsi bir az da artdı...

Nəhayət, həmin gün gəlib çatdı. Bu ilin martında Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri zamanı Yenikənd kəndində üç insan qalıqları aşkarlandı. Otuz il beş ay əvvəl oğlu Mehmanla eyni vaxtda şəhid olan Əzizov Yusif İsmayıl oğlu və Qarayev Qafar Qəmbər oğlunun da qalıqları tapıldı.

Mehmanın taleyi ilə bağlı bu məlumat Musayevlər ailəsinin üzvlərinə 30 il əvvəl baş verən hadisəni təzədən yaşatdı...

Lakin...

İndi yaşı doxsanı haqlamış Camal kişi oğlunun nəşinin tapıldığından xəbərsizdir. Ailə üzvləri yaşını və səhhətini nəzərə alaraq bu xəbəri ona demək istəmirlər. Həm də Respublika Prokurorluğunda davam edən araşdırmalar da hələ başa çatdırılmayıb. İstintaq hərəkətləri yekunlaşdıqdan sonra hər üç şəhidin qalıqları aidiyyəti üzrə ailə üzvlərinə təhvil veriləcək.

Camal kişi isə hələ də yol gözləyir...

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Laçında təbiətin ağ rəngli tablosuna çevrilən tənha ağac...

Şalva Papuaşvili: Brüssel Gürcüstanın Aİ üzvü dövlətlərlə ikitərəfli münasibətlərini bloklamağa çalışır

Çempionlar Liqası: "Turan" voleybol komandası qrup mərhələsinə yüksəlib

Türk ekspert: Azərbaycandan Avropaya “yaşıl enerji” dəhlizlərinin yaradılması sərfəlidir

Parisdə Azərbaycan kinosu ilə bağlı fikir mübadiləsi aparılıb

Bu saata olan əsas xəbərlər

Energetika nazirini müavini: Azərbaycan və Türkiyə “yaşıl enerji” sahəsində lider rolu oynayırlar

COP31-də Azərbaycanda aşağı karbonlu hidrogen sektorunun inkişaf perspektivlərindən danışılıb

Zelenski Əbu-Dabidə keçirilən üçtərəfli görüşün ilkin nəticəsindən danışıb

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk

Mariam Kvrivişvili: Orta Dəhlizlə bağlı regional tərəfdaşlarla sıx əməkdaşlıq edirik

Tofiq Musayev: Biz mübariz ölkənin mübariz vətəndaşlarıyıq

Gürcüstan və Türkiyə enerji əməkdaşlığını genişləndirir

Zəfər Günü münasibətilə ‎"İki əsgər" tamaşası növbəti dəfə səhnədə

Fransa 1,5 milyard avrodan artıq dəyəri olan iki hərbi kəşfiyyat peyki sifariş edib

COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib

Təhsil eksperti: Məktəblərdə tədqiqat yönümlü tədrisə ehtiyac var

Pentaqon rəhbəri ona qarşı impiçment təşəbbüsünü “siyasi tamaşa” adlandırıb

Böyük Britaniyada daha 650 məhbus vaxtından əvvəl azadlığa buraxılır

Əbu-Dabidə üçtərəfli danışıqların ilkin mərhələsi başa çatıb

Tallində Azərbaycanın Zəfər Günü ilə bağlı tədbir keçirilib

Azərbaycanın Zəfər Günü Bratislavada qeyd olunub

Böyük Britaniyada hökumətin fövqəladə hallara hazırlıq çağırışından sonra ərzaq və su satışları artıb

KTMT-də Ermənistanın səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxılacaq

Türkiyə 2040-cı ilədək enerji transformasiyasına 300 milyard dollar investisiya yatıracaq

Akademik Milli Dram Teatrında "Qarabağnamə" tamaşası nümayiş olunub

Marneulidə Zəfər Gününə həsr olunan futbol yarışı VİDEO

Marneulidə Zəfər Gününə həsr olunan futbol yarışı VİDEO

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb

Abdulkadir Uraloğlu: Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır VİDEO

Abdulkadir Uraloğlu: Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır VİDEO

Meqan Markl atasının həbsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Nurəddin Mehdixanlı: Xankəndidə gənclərlə görüşün təşkili tarixi bir missiyadır

Almaz Ülvi: Elm xalqları birləşdirən mənəvi körpüdür

Estoniyada Azərbaycanın Zəfər Günü təntənəsi

Fransada CGT-dən noyabrın 17-nə tətil çağırışı: Minimum əməkhaqqının artırılması tələb olunur

Batumidə Zəfər və Dövlət Bayrağı günləri təntənə ilə qeyd olunub

ABŞ hərbi təyyarələri Böyük Britaniyadakı ikinci aviabazanı da tərk edib

İngiltərə məktəblərində şagirdlərin mobil telefon saxlamasına qadağa qoyulacaq

Avropa Komissiyası Əbu-Dabi üzrə danışıqlara dair mövqeyini açıqlayıb

COP31-də qurulan Tropikal Kəpənək Bağçası xüsusi diqqət çəkir VİDEO

COP31-də qurulan Tropikal Kəpənək Bağçası xüsusi diqqət çəkir VİDEO

Azərbaycanlı tanınmış cərrah Berlində DRK Klinikasının rəhbəri təyin olunub

TÜBA rəhbəri: COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir

Elmir Babayev: Elm bəşəriyyətin ortaq inkişaf dilidir və gələcəyin formalaşmasında mühüm rol oynayır

Sankt-Peterburqda Zəfər Gününü qeyd edilib VİDEO

Sankt-Peterburqda Zəfər Gününü qeyd edilib VİDEO

Türkiyənin vitse-prezidenti COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

COP31 çərçivəsində qlobal mina probleminə diqqət: Qarabağ Dirçəliş Fondundan mina terroruna qarşı mühüm təşəbbüs

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna görüşü: Müharibənin başa çatması istiqamətində real irəliləyiş gözlənilirmi?

Noyabrın 10-u Ümumdünya Elm Günüdür

Media: ABŞ Əbu-Dabidə Ukraynanın sərhədlərinin yenidən çəkilməsini təklif edib

Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib

Azərbaycanın energetika naziri COP31-də elektrikləşmə üçün istehsal, şəbəkələr və enerji saxlancının paralel inkişafına çağırıb

Rusiya Əbu-Dabi danışıqlarında irəliləyiş əldə olunacağına ümid edir

Rustem Umerov: Əbu-Dabidə üçtərəfli görüşdə hərbi əməliyyatların dayandırılması müzakirə edilir VİDEO

Rustem Umerov: Əbu-Dabidə üçtərəfli görüşdə hərbi əməliyyatların dayandırılması müzakirə edilir VİDEO

On noyabr - Ermənistanın kapitulyasiya aktına imza atdığı tarix VİDEO

On noyabr - Ermənistanın kapitulyasiya aktına imza atdığı tarix VİDEO

Teddi Riner prezidentliyə namizədliyini irəli sürdü: Makrondan dəstək

Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO

Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO

Tuluz şəhərində azərbaycanlı gənclər Zəfər Günü münasibətilə bir araya gəliblər

Dünyanın 190 ölkəsindən dörd min jurnalist Antalyada COP31-i izləyir

BDYPİ: Səfərdən qayıdan sürücülərə mühüm xəbərdarlıq!

Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb VİDEO

Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının nümayəndə heyəti Gürcüstanda beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskiyə

Dənizkənarı Milli Parkda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

COP31-də Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Lüksemburqda Azərbaycanın Zəfər Günü silsilə tədbirlər və mədəni proqramla qeyd olunub

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib

COP31-in ikinci günü enerji və infrastruktura həsr olunub

Qazax şəhərində avtomobildə baş verən yanğın söndürülüb

Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş səhnə əsəri nümayiş etdirilib

Zəfər Gününə özəl videoçarx: “Zəfərin səsi, qürurun nəğməsi”

10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar

Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizinin açılması fəaliyyət dövrümə təsadüf edəcək

Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizinin açılması fəaliyyət dövrümə təsadüf edəcək

Pərviz Şahbazov: Azərbaycanda bərpaolunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq

Cenevrədə Azərbaycanın təşəbbüsü ilə dəyirmi masa təşkil olunub

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO

Suriyada Zəfər Günü: Ordumuzun qələbəsi və aparılan bərpa işləri diqqətə çatdırılıb

Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb VİDEO

Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb VİDEO

Vaşinqtonda Zəfər və Bayraq günləri təntənə ilə qeyd edilib VİDEO

Vaşinqtonda Zəfər və Bayraq günləri təntənə ilə qeyd edilib VİDEO

Parisdə Vətən müharibəsindən bəhs edən “Zəfər rəqsi” filmi nümayiş olunub VİDEO

Parisdə Vətən müharibəsindən bəhs edən “Zəfər rəqsi” filmi nümayiş olunub VİDEO

Praqada azərbaycanlı musiqiçilərin iştirakı ilə “Rammstein Symphonic Experience” konserti

ABŞ-də zavodda kimyəvi sızma olub: 11 nəfər xəstəxanaya yerləşdirilib

Üçrəngli bayrağımız azad torpaqlarda milli qürurumuzun və birliyimizin rəmzi kimi dalğalanır – ŞƏRH

Rubio: Rusiyanın razılığı olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verilə bilməz

Şimali Koreya ən son torpedo silahını sınaqdan çıxarıb

ABŞ Senatı Trampın 161 namizədini hələ də təsdiqləməyib

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

FT: Netanyahu Trampdan İrana qarşı hərbi əməliyyatları bərpa etməsini istəyir

Pentaqon rəhbəri mümkün impiçmentdən narahat olmadığını bildirib

Zelenski: Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır

Tramp: Əbu-Dabi danışıqlarında irəliləyiş mümkündür

Rubio: Ukraynada sülh Moskva və Kiyev arasında razılaşmadan asılıdır

“Forbes”: “Nvidia” rəhbəri bir gündə 7,4 milyard dollar itirib

Rubio: ABŞ ideyalar irəli sürür, amma Ukrayna məsələsində uğura zəmanət verə bilməz

ABŞ və İran uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması barədə razılığa gələ bilərlər

Aİ Ukraynadakı hərbi missiyasının mandatını 2028-ci ilədək uzadıb

Cüdoçularımız Yaponiyada beynəlxalq təlimlərə qatılıblar

Şuşada bayram konserti və atəşfəşanlıq olub VİDEO

Şuşada bayram konserti və atəşfəşanlıq olub VİDEO