İQTİSADİYYAT
® İnşaat sektorunda keyfiyyətli armaturların əhəmiyyəti
“Kristal Abşeron MTK”nın son zamanlar inşaat sektorunda istifadə olunan armaturun keyfiyyəti ilə bağlı yazılan materialların həqiqətə uyğun olub-olmamasını yoxlamaq üçün araşdırma aparıb.
Araşdırma yazılarda xüsusi ilə qeyd edilən “Paşa İnşaat”ın sifarişi ilə podratçı şirkətlərin inşa etməkdə olduğu qaçqın və məcburi köçkün ailələri üçün nəzərdə tutulan “Qobu Park” və “Pirallahı” yaşayış komplekslərinin inşasında istifadə edilən armatur materialının keyfiyyətinin yoxlanılması ilə başlayıb. Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən layihələrdə istifadə üçün 2017-2018-ci illərdə Rusiya Federasiyasının Novokuznetsk şəhərindəki “Evraz” və Çelyabinsk şəhərindəki “Meçel” metallurgiya zavodlarından 12300 ton A-500 markalı armatur idxal edilib. Bununla yanaşı qeyd edilən illər ərzində layihələri icra edən podratçı şirkətlər “Baku Steel Company” MMC-dən 3690 ton armatur materialı alıb. Alınmış materialların keyfiyyəti və standartlara uyğunluğunun yoxlanılması məqsədilə FHN-in müvafiq qurumları tərəfindən müxtəlif tarixlərdə material nümunələri götürülərək S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun laboratoriyasında yoxlanılıb və laboratoriya nəticələri podratçı şirkətlərə təqdim edilib. Bu tip yoxlamanın sonuncusu 12.12.2018-ci tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aparılıb, nəticələri isə 18.12.2018-ci il tarixindən podratçı şirkətə təqdim edilib (laboratoriya yoxlama nəticələri araşdırmaya əlavə edilib).
S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun laboratoriyasının təqdim etdiyi nəticələrə baxış keçirilib və məlum olub ki, adı çəkilən layihələrdə istifadə edilən armatur materialları tələb edilən qayda və normalara tam uyğundur, inşaat zamanı heç bir digər ölkənin və ya sexlərin keyfiyyətsiz və tələblərə cavab verməyən materiallarından istifadə edilməyib.