® İş adamları “OBA”da
AKİAB iş adamları klubu üzvləri “OBA” marketlər şəbəkəsinin baş ofisində qonaq olub.
Şirkətin İdarə Heyətinin üzvü, marketinq direktoru Hikmət Əliyev tərəfindən qarşılanan qonaqlar əvvəlcə “OBA Market” MMC-nin yeni istifadəyə verilən ofisi və əməkdaşları ilə tanış olublar. Daha sonra AKİAB üzlərinə “OBA Market” MMC-nin fəaliyyət istiqamətləri, uğurlu layihələri haqqında məlumat verilib, yeni əməkdaşlıqların qurulması və biznesə dair məsələlər müzakirə edilib.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” marketlər şəbəkəsi 7000-ə yaxın əməkdaşı ilə vətəndaşlara xidmət etməkdən qürur duyur.