İQTİSADİYYAT
® “Kapital Bank”ın daxili ipotekası daha sərfəli olub
“Kapital Bank” evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə endirimli şərtlərlə daxili ipoteka krediti təklif edir. Artıq ev almaq arzusunda olanlar illik 5 faizdən başlayan şərtlərlə ipoteka krediti əldə edə bilərlər. Bunun üçün xüsusi bir limitin ayrılacağını gözləməyə ehtiyac yoxdur. Hazırda bazarda ən sərfəli şərt olan bu təklifdən dərhal yararlanmaq mümkündür.
İpoteka kreditinin minimal məbləği 20 min, maksimal məbləği isə 500 min manat təşkil edir, müddəti isə 1 ildən 20 ilədək dəyişir. Minimal ilkin ödəniş 30 faiz, “Kapital Bank”ın partnyor şirkətlərində isə 20 faizdir.
Daxili ipoteka kreditini əlavə vaxt itkisi olmadan “https://ipoteka.kapitalbank.az/” portalı vasitəsilə müraciət etməklə, həm rəsmi, həm də digər gəlirləri olan şəxslər sürətli şəkildə əldə edə bilərlər.
“Kapital Bank”ın partnyor şirkətlərindən ilkin qeydiyyat sənədi olan mənzillər alınan zaman kreditləşmə çıxarışı olan mənzillərə uyğun şərtlərlə həyata keçirilir. Eyni zamanda, dövlət ipotekası kimi illik 8 faizlə 10 il müddətə də ev sahibi olmaq mümkündür. Müştərilər ipoteka üzrə müraciətlərini (+994 50) 999-81-96 vatsap nömrəsinə ünvanlaya bilərlər.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “https://kapitalbank.az” saytına, “196” Sorğu mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Daxili ipoteka krediti sifarişi üçün - “https://ipoteka.kapitalbank.az/”, nağd pul krediti sifarişi üçün - “https://kbl.az/krdt”, “BirKart” sifarişi üçün - “https://kbl.az/tkstcrd”.