İQTİSADİYYAT
® Möhtəşəm qələbə!
Rəsmi sponsoru “Financial Chain Corporation” olan istedadlı gimnast Züleyxa Şabanova bədii gimnastika üzrə 7-ci Beynəlxalq ARAM UAE CUP-2024 turnirində top və gürzlə hərəkətlərdə iki qızıl medal qazanıb və iki növ üzrə birinci yeri tutub.
Dubayda keçirilən beynəlxalq turnirdə Malayziya, Monqolustan, Türkiyə, Azərbaycan, BƏƏ, Ukrayna və Misir kimi ölkələrdən də nümayəndələr iştirak edib.
““Financial Chain Corporation” hər zaman ölkədə idmanın inkişafına dəstək verib. Bu, gələcəkdə də davam edəcək. Biz iki ildən artıqdır ki, “Pro Sport”a sponsorluq edirik və onları Əbu-Dabi, Ər-Riyad, Tbilisi və digər şəhərlərdə keçirilən beynəlxalq turnirlərdə dəstəkləmişik. Əziz komandamız bu dəfə BƏƏ-nin Dubay şəhərində qazandığı böyük qələbələrlə Vətənə qayıdır. Gənc və istedadlı gimnast Züleyxa Şabanovanı və onun məşqçilərini təbrik edirəm və Dünya Çempionatına doğru irəliləyiş arzulayıram”, - deyə FCHAIN-in İdarəedici Tərəfdaşı Zaur Qədirov qürurla fikirlərini bölüşüb.
Bu möhtəşəm uğur hər kəsi çox sevindirib və Azərbaycan idmançısı turnirdəki uğurlu çıxışı ilə istedadın və əzmkarlığın bariz nümunəsinə çevrilib.
Qeyd edək ki, FCHAIN gənc və istedadlı gimnastla rəsmi sponsorluq müqaviləsi bağlayıb və gimnastın müxtəlif ölkələrdə keçirilən turnirlərdə və idman tədbirlərində iştirak edə bilməsi üçün nəqliyyat və yaşayış xərclərini, həmçinin tibbi sığortasını şirkət öz üzərinə götürüb. Bu, ölkə idmanının inkişafına dəstək verməklə yanaşı, perspektivli gimnast Züleyxanın idman fəaliyyətinin həm ölkəmizdə, həm də xaricdə tanınmasına töhfə verəcək.