Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"AZƏRBAYCAN RESPUBLIKASINDA DÖVLƏT DILI HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQ EDILMƏSI ILƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLIKASININ BƏZI QANUNVERICILIK AKTLARINA DƏYIŞIKLIKLƏR VƏ ƏLAVƏLƏR EDILMƏSI VƏ "AZƏRBAYCAN RESPUBLIKASINDA DÖVLƏT DILI HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN QÜVVƏYƏ MINMƏSI BARƏDƏ "AZƏRBAYCAN RESPUBLIKASI MILLI MƏCLISININ 1992-CI IL 22 DEKABR TARIXLI 414 NÖMRƏLI QƏRARININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDILMƏSI HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQ EDILMƏSI BARƏDƏ

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI

"Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə "Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 22 dekabr tarixli 414 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki, "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun 9.9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq qurum"un səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası həyata keçirir.

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin