Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"AZƏRBAYCAN RESPUBLİKASINDA YARADILMIŞ MİLLİ PARKLARIN ƏSASNAMƏLƏRİNİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2004-CÜ İL 3 AVQUST TARİXLİ 106 NÖMRƏLİ FƏRMANINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli fərmanı ilə təsdiq edilmiş əsasnamələrdə aşağıdakı dəyişikliklər edilsin:

1. "Azərbaycan Respublikasının Şirvan Milli Parkı haqqında Əsasnamə"nin 7.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"7.1. Milli Parkın strukturu, şatat cədvəli və xərclər smetası Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir";

2. "Azərbaycan Respublikasının Ağgöl Milli Parkı haqqında Əsasnamə"nin 7.1-ci bəndj aşağıdakı redaksiyada verilsin:

"7.1. Milli Parkın strukturu, şatat cədvəli və xərclər smetası Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2004cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin