Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"BITKI MÜHAFIZƏSI HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQ EDILMƏSI BARƏDƏ" AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ 1997-CI IL 27 YANVAR TARIXLI 545 NÖMRƏLI FƏRMANINA DƏYIŞIKLIK EDILMƏSI BARƏDƏ AZƏRBAYCAN
RESPUBLIKASI PREZIDENTININ FƏRMANI

1. "Bitki mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 1997-ci il 27 yanvar tarixli 545 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 4, maddə 275) 2-ci bəndinin dördüncü abzasında "Nazirlər Kabineti yanında Dövlət Baytarlıq Komitəsi" sözləri "Kənd Təsərrüfatı Nazirliyi" sözləri ilə əvəz edilsin.

2. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev,

Azərbaycan Respublikasının prezidenti

23 oktyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin