Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"DÖVLƏT QULLUĞU HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASININQANUNUNA ƏLAVƏLƏR VƏ DƏYIŞIKLIKLƏR EDILMƏSI BARƏDƏ"

AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQ EDILMƏSI ILƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLIKASININ BƏZI QANUNVERICILIK AKTLARINADƏYIŞIKLIKLƏR VƏ ƏLAVƏLƏR EDILMƏSI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININQANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N8, maddə 583; 2001-ci il, N7, maddə 454, N9 maddə 576, N12 maddə 734, 2002-ci il N5, maddə 249, N12, maddə 707, Azərbaycan Respublikasının 20 iyun 2003-cü il tarixli, 485 (II-QD saylı Qanunu) 102.1.16-cı maddəsi aşağıdakı redaksiyada verilsin:

"102.1.16. Dövlət qulluqçusu pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq".

II. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə"yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N5, maddə 217) aşağıdakı məzmunda 2.1.10-ci maddə əlavə edilsin:

"2.1.10. dövlət qulluğunda vəzifə tutma ilə bağlı dövlət orqanının rəhbəri ilə dövlət qulluğunu idarəetmə orqanı arasında yaranmış fikir ayrılığının aradan qaldırılması qaydasının müəyyən edilməsi".

III. "Dövlət qulluqçularının icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanunununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N5, maddə 247) aşağıdakı dəyişikliklər edilsin:

1) 4.1-ci maddədə "Vəzifələrin" sözü "İnzibati vəzifələrin" sözləri ilə əvəz edilsin;

2) 4.1.5-ci maddə çıxarılsın.

IV. "Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N7, maddə 386) 2-ci və 3-cü maddələrində "qanunvericilik və müvafiq icra hakimiyyəti orqanı tərəfindən" sözləri "qanunvericiliklə" sözü ilə əvəz edilsin.

V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 noyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin