Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"YETKINLIK YAŞINA ÇATMAYANLARIN IŞLƏRI VƏ HÜQUQLARININ MÜDAFIƏSI ÜZRƏ KOMISSIYALAR HAQQINDA" ƏSASNAMƏNIN TƏSDIQ EDILMƏSI BARƏDƏ" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQI ILƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLIKASININ BƏZI QANUNVERICILIK AKTLARINA DƏYIŞIKLIKLƏR VƏ ƏLAVƏLƏR EDILMƏSI HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N-4, II kitab, maddə 251; 2001-ci il, N-1, maddə 24, N-7, maddə 455; 2002-ci il, N-1, maddə 9, N-5, maddələr 236, 248, 258, N-6, maddə 326, N-8, maddə 465) aşağıdakı məzmunda 20.3-cü maddə əlavə edilsin: "20.3. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman bu Məcəllənin 20.1 və 20.2-ci maddələrində nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər barəsində görülən tədbirlər və həmin tədbirlərin tətbiqi qaydası müvafiq qanunla müəyyən edilir". II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N-8, 1 kitab, maddə 584; 2001-ci il, N-1, maddə 24, N-3, maddə 138, N-7, maddə 455, N-11, maddələr 680, 698, N-12, maddə 731; 2002-ci il, N-1, maddə 9, N-4, I kitab, maddə 165, N-5, maddələr 234, 237, 239, N-6, maddə 326; N-8, maddə 463, N-12, maddə 692; 2003-cü il, N-1, maddələr 3, 13, 23) aşağıdakı əlavə və dəyişiklik edilsin: 1. Aşağıdakı məzmunda 36.4-cü maddə əlavə edilsin: "36.4. On altı yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına qaytarıldıqda, inzibati tənbeh həmin iş qaytarıldığı gündən ən geci iki ay keçənədək verilə bilər"; 2. 358-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin: "Bu Məcəllənin 51, 297 və 307-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxan yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların (kollegial orqanın) yaradılması və fəaliyyət qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur". III. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N-8, II kitab, maddə 585; 2001-ci il, N-7, maddə 455; 2002-ci il, N-1, maddə 9, N-5, maddə 233; N-8, maddə 463) aşağıdakı əlavələr edilsin:1. 513.1-ci maddədə "məhkumun ərizəsi" sözlərindən sonra vergül işarəsi və "habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsaiti" sözləri əlavə edilsin;2. 513.2-ci maddədə "ərizənin" sözündən sonra "və ya vəsatətin" sözləri əlavə edilsin; 3. 517.2-ci maddədə "məhkumun ərizəsi" sözlərindən sonra vergül işarəsi və "habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti" sözləri əlavə edilsin; 4. 517.3-cü maddədə "məhkumun ərizəsinə" sözlərindən sonra vergül işarəsi və "habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatətinə" sözləri əlavə edilsin. Heydər Əliyev, Azərbaycan RespublikasınınPrezidenti. Bakı şəhəri, 20 iyun 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin