Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"YOD ÇATIŞMAZLIĞI XƏSTƏLIKLƏRININ KÜTLƏVI PROFILAKTIKASI MƏQSƏDI ILƏ DUZUN YODLAŞDIRILMASI HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN ICRASININ TƏMIN EDILMƏSI BARƏDƏ

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI

"Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində nəzərdə tutulmuş yodlaşdırılmış duzun keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartlar və tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə duzdan götürülmüş nümunələrin ekspertizasını aparan "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yodlaşdırılmış duzun keyfiyyət göstəriciləri üzrə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, yodlaşdırılmış duzun təhlükəsizlik göstəriciləri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

27 sentyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin