Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 15-ci, 17-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50, № 5, maddələr 806, 812, 814, № 6, maddələr 994, 996, № 7, maddə 1202, № 8, maddə 1369, № 11, maddə 1681, № 12, maddə 1908; 2020, № 5, maddə 515, № 7, maddələr 822, 832, 839, 843, № 12 (I kitab), maddələr 1423, 1435; 2021, № 1, maddə 8, № 4, maddə 307, № 6 (I kitab), maddələr 556, 558, № 7, maddə 711, № 8, maddə 894, № 11, maddə 1206, № 12, maddə 1335; 2022, № 6, maddə 580, № 8, maddələr 824, 828, 833; 2023, № 1, maddələr 7, 22, № 3, maddə 333, № 4, maddə 445, № 6, maddə 742, № 7, maddələr 881, 900, № 8 (I kitab), maddə 1094) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 954.3-cü maddəyə “üzərində” sözündən sonra “qanunla və” sözləri əlavə edilsin;

1.2. 959-cu maddə üzrə:

1.2.1. 959.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“959.1. Bank müştərinin hesabına daxil olmuş pul vəsaitini həmin əməliyyat günündən (bankın müştəri sərəncamlarının qəbulu və bank əməliyyatlarının aparılması üçün müəyyən etdiyi iş vaxtından) gec olmayaraq hesaba salmalıdır, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.”;

1.2.2. 959.2-ci maddədə “sənədinin” sözü “sərəncamının” sözü ilə əvəz edilsin;

1.3. 961.1-ci maddədə “Müştəri” sözü “Bank hesabı müqaviləsində nəzərdə tutulduğu halda, müştəri” sözləri ilə əvəz edilsin;

1.4. 965-ci maddə üzrə:

1.4.1. 965.2.1-ci və 965.2.2-ci maddələrdə “sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi” sözləri “ödəniş sərəncamları və yaxud bu tələblərlə bağlı icra sənədləri əsasında verilən ödəniş sərəncamları” sözləri ilə əvəz edilsin;

1.4.2. 965.2.3-cü, 965.2.4-cü və 965.2.6-cı maddələrdə “sənədləri” sözü “sərəncamları” sözü ilə əvəz edilsin;

1.4.3. 965.2.5-ci maddəyə “sənədi” sözündən sonra “əsasında verilən ödəniş sərəncamı” sözləri əlavə edilsin;

1.4.4. 965.3-cü maddədə “sənədlərin” sözü “ödəniş sərəncamlarının” sözləri ilə əvəz edilsin;

1.5. 971.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“971.3. Nağdsız hesablaşmalar banklar və digər ödəniş xidməti təchizatçıları, mərkəzi depozitar tərəfindən qanuna uyğun olaraq aparılır.”;

1.6. 975.3-cü maddənin birinci cümləsində “ödəyicinin tələbi ilə ona” sözləri “ödəyiciyə” sözü ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Ödəniş tapşırığının icrasından sonra məlumatlandırma ilə bağlı digər tələblər “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”;

1.7. aşağıdakı məzmunda 1078-23.18-1-ci maddə əlavə edilsin:

“1078-23.18-1. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 45.5-ci maddəsinə əsasən hesablaşma agenti klirinq üzrə ödəniş sistemində hesablaşmaların başa çatdırılmasını nağd pul, dövlət istiqrazları və ya Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən buraxılmış qiymətli kağızların girovu mexanizmlərinin tətbiqi ilə təmin etdikdə, bu cür girov maliyyə girovu hesab olunur.”.

Maddə 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12 (I kitab), maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 6, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445; 2016, № 4, maddələr 634, 636, 638, 653, № 5, maddə 845, № 6, maddələr 993, 1001, № 12, maddələr 1983, 1999, 2008, 2019, 2038, 2048; 2017, № 2, maddə 161, № 3, maddə 330, № 5, maddələr 694, 697, 700, 702, 733, № 7, maddələr 1268, 1271, 1293, № 11, maddələr 1968, 1978, № 12 (I kitab), maddə 2231; 2018, № 3, maddə 403, № 5, maddə 861, № 6, maddə 1154, № 7 (I kitab), maddə 1441, № 10, maddə 1972, № 11, maddə 2213, № 12 (I kitab), maddə 2472; 2019, № 4, maddə 586, № 7, maddə 1201, № 8, maddə 1367; 2020, № 3, maddə 223, № 5, maddə 518, № 7, maddə 832, № 8, maddə 1010, № 11, maddələr 1332, 1333; 2021, № 6 (I kitab), maddə 541, № 8, maddə 894, № 12, maddə 1336; 2022, № 5, maddələr 434, 437, № 7, maddə 703, № 8, maddələr 821, 828, № 12, maddələr 1363, 1373; 2023, № 1, maddə 39, № 2, maddə 207, № 4, maddə 445, № 6, maddə 755) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 195-1.1-ci maddəyə “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin;

2.2. 205-ci maddə üzrə:

2.2.1. adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 205. Saxta ödəniş alətlərini və ya qiymətli kağız sayılmayan ödəniş sənədlərini hazırlama, əldə etmə və ya satma”;

2.2.2. 205.1-ci maddədə “Qiymətli kağız sayılmayan saxta kredit və ya hesab kartlarını və ya başqa” sözləri “Saxta ödəniş alətlərini və ya qiymətli kağız sayılmayan” sözləri ilə əvəz edilsin;

2.3. 303.1-ci maddədə “bank və ya digər kredit təşkilatının” sözləri “, o cümlədən ödəniş əməliyyatlarının bank və ya digər ödəniş xidməti təchizatçısının” sözləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334, № 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, № 3, maddə 211, № 6 (I kitab), maddələr 541, 551, 555, № 7, maddələr 698, 711, № 8, maddə 894, № 10, maddələr 1090, 1092, № 12, maddələr 1305, 1337; 2022, № 1, maddələr 6, 7, 17, № 6, maddə 587, № 7, maddə 716, № 8, maddə 832, № 12, maddələr 1376, 1385, 1400; 2023, № 1, maddələr 1, 10, 14, 23, 36, № 2, maddə 158, № 3, maddə 336, № 4, maddələr 445, 467, № 7, maddə 902, № 8 (I kitab), maddələr 1095, 1123, 1136) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 13.2-ci maddə üzrə:

3.1.1. 13.2.14.2-ci maddədə “tədiyə vasitələri” sözləri “ödəniş alətləri” sözləri ilə əvəz edilsin;

3.1.2. 13.2.14.3-cü maddədə “tədiyə” sözü “ödəniş” sözü ilə əvəz edilsin;

3.1.3. 13.2.16.14-1-ci maddə üzrə:

3.1.3.1. birinci abzasa “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin;

3.1.3.2. ikinci abzas 13.2.16.14-2-ci maddə hesab edilsin və həmin maddənin birinci abzasında “bu maddənin” sözləri “bu Məcəllənin 13.2.16.14-1-ci maddəsinin” sözləri ilə əvəz edilsin və həmin maddənin 3-cü abzasına “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin;

3.2. 16-cı maddə üzrə:

3.2.1. 16.1.9-cu maddədə hər iki halda “bank” sözü “ödəniş xidməti təchizatçılarının” sözləri ilə əvəz edilsin;

3.2.2. 16.1.11-ci maddədə “kredit təşkilatlarında və ya qeyri-rezident bank əməliyyatı aparan şəxslərdə” sözləri “ödəniş xidməti təchizatçılarında” sözləri ilə əvəz edilsin;

3.2.3. 16.1.11-6.1-ci maddədə “bank əməliyyatlarını həyata keçirən şəxslər” sözləri “ödəniş xidməti təchizatçıları” sözləri ilə əvəz edilsin;

3.2.4. 16.11-ci maddədə “banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə” sözləri “ödəniş xidməti təchizatçılarına” sözləri ilə əvəz edilsin;

3.3. 23.1.7-ci maddədə “banklara və ya digər kredit təşkilatlarına” sözləri “ödəniş xidməti təchizatçılarına” sözləri ilə əvəz edilsin;

3.4. 30-cu maddə üzrə:

3.4.1. 30.6.7-1-ci maddəyə “İnvestisiya fondları haqqında” sözlərindən sonra “, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” sözləri əlavə edilsin;

3.4.2. 30.6-2-ci maddədə “bank əməliyyatı aparan şəxslərə” sözləri “ödəniş xidməti təchizatçılarına” sözləri ilə əvəz edilsin;

3.5. 34.7.1-ci maddəyə “bank və” sözlərindən sonra “digər ödəniş,” sözləri əlavə edilsin və həmin maddədə “bank idarələri” sözləri “ödəniş xidməti təchizatçıları” sözləri ilə əvəz edilsin;

3.6. 35.1-ci maddəyə birinci halda “bank” sözündən sonra “və digər ödəniş” sözləri və “kredit” sözündən sonra “və elektron pul” sözləri əlavə edilsin;

3.7. 58-ci maddə üzrə:

3.7.1. 58.3-cü maddəyə hər iki halda “kredit” sözündən sonra “və elektron pul” sözləri əlavə edilsin;

3.7.2. 58.11-ci maddədə “kredit təşkilatlarında və ya bank əməliyyatı aparan qeyri-rezident şəxslərdə” sözləri “ödəniş xidməti təchizatçılarında” sözləri ilə əvəz edilsin;

3.8. 60-cı maddə üzrə:

3.8.1. adına “bank” sözündən əvvəl “elektron pul təşkilatlarına,” sözləri əlavə edilsin;

3.8.2. 60.1-ci maddədə “təşkilatları və” sözləri “və elektron pul təşkilatları,” sözləri ilə əvəz edilsin;

3.8.3. 60.2-ci maddəyə “təşkilatına” sözündən sonra “, habelə elektron pul təşkilatına” sözləri əlavə edilsin;

3.9. 65-ci maddə üzrə:

3.9.1. 65.2-ci maddənin birinci cümləsinə “kredit” sözündən sonra “və ya elektron pul” sözləri əlavə edilsin, ikinci cümləsinə “kredit” sözündən sonra “və ya elektron pul” sözləri əlavə edilsin və həmin cümlədə “bank hesablarında” sözləri “hesablarda” sözü ilə əvəz edilsin;

3.9.2. 65.2.1-ci və 65.2.2-ci maddələrə “kredit” sözündən sonra “və ya elektron pul” sözləri əlavə edilsin;

3.9.3. 65.3-cü maddədə “bank və ya digər kredit” sözləri “kredit və ya elektron pul” sözləri ilə əvəz edilsin;

3.9.4. 65.4-cü maddədə “bankda və ya digər kredit” sözləri “kredit və ya elektron pul” sözləri ilə əvəz edilsin;

3.9.5. 65.6-cı maddədə “bank və digər kredit” sözləri “kredit və elektron pul” sözləri ilə əvəz edilsin;

3.9.6. 65.7-ci maddənin birinci cümləsində “bank, digər kredit” sözləri “kredit və elektron pul” sözləri ilə, ikinci cümləsində “bank və ya digər kredit” sözləri “kredit və elektron pul” sözləri ilə əvəz edilsin;

3.9.7. 65.7-1-ci maddənin birinci cümləsinə birinci halda “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin, həmin cümlədə ikinci halda “bank” sözü “əməliyyat” sözü ilə, üçüncü halda “bank” sözü “kredit və ya elektron pul təşkilatı” sözləri ilə əvəz edilsin, ikinci (hər iki halda) və üçüncü (hər iki halda) cümlələrində “bank” sözü “əməliyyat” sözü ilə əvəz edilsin, dördüncü cümləsində “Bankın” sözü “Kredit və ya elektron pul təşkilatının” sözləri ilə, “bankın” sözü “kredit və ya elektron pul təşkilatının” sözləri ilə əvəz edilsin;

3.9.8. 65.8-ci maddənin birinci abzasında “bank və ya kredit” sözləri “kredit və ya elektron pul” sözləri ilə, “banklara və ya kredit” sözləri “kredit və ya elektron pul” sözləri ilə əvəz edilsin və ikinci abzasına “kredit” sözündən sonra “və elektron pul” sözləri əlavə edilsin;

3.9.9. 65.8-1-ci maddəyə “kredit” sözündən sonra “və ya elektron pul” sözləri əlavə edilsin;

3.10. 67.1.7-ci maddəyə hər iki halda “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin;

3.11. 75-ci maddə üzrə:

3.11.1. 75-ci maddənin adına “təşkilatlarının” sözündən sonra “, habelə elektron pul təşkilatlarının” sözləri əlavə edilsin;

3.11.2. 75.0-cı maddənin birinci abzasına “təşkilatları” sözündən sonra “, habelə elektron pul təşkilatları” sözləri əlavə edilsin;

3.11.3. 75.0.1-ci maddəyə “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin;

3.12. 76-cı maddə üzrə:

3.12.1. adına “təşkilatları” sözündən sonra “, habelə elektron pul təşkilatları” sözləri əlavə edilsin;

3.12.2. 76.1-ci maddəyə birinci halda “kredit” sözündən sonra “və ya elektron pul” sözləri əlavə edilsin və həmin maddədə “bankın və ya kredit” sözləri “kredit və ya elektron pul” sözləri ilə, “bank hesabları və” sözləri “hesabları və hesab” sözləri ilə əvəz edilsin;

3.12.3. 76.1-1-ci maddədə “bank əməliyyatları aparan şəxslər” sözləri “kredit və ya elektron pul təşkilatları” sözləri ilə əvəz edilsin;

3.12.4. 76.2-ci maddənin birinci abzasına “Kredit” sözündən sonra “və ya elektron pul” sözləri əlavə edilsin;

3.12.5. 76.3-cü maddənin birinci və ikinci cümlələrinə “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin;

3.13. 85.9.1-ci maddəyə “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin;

3.14. 87.5-ci maddədə “bank” sözü “ödəniş” sözü ilə əvəz edilsin;

3.15. 89.15-ci maddənin ikinci abzasının birinci cümləsində “banka və ya digər kredit” sözləri “kredit və ya elektron pul” sözləri ilə əvəz edilsin;

3.16. 90-cı maddə üzrə:

3.16.1. 90.3.3.4 – 90.3.5.6-cı, 90.3.7-ci, 90.3.8.1-ci maddələrə, 90.3.20.8-ci maddənin ikinci cümləsinə, 90.3.22-ci maddənin birinci cümləsinə (ikinci halda) “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin;

3.16.2. 90.3.20.10-cu maddənin ikinci cümləsində, 90.3.22-ci maddənin birinci cümləsində (birinci halda), 90.4-cü maddənin birinci abzasının ikinci cümləsində “bank” sözü “əməliyyat” sözü ilə əvəz edilsin;

3.17. 125.1-1-ci maddədə “bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru” sözləri “ödəniş xidməti təchizatçısı və ya xarici ödəniş xidməti təchizatçısının yerli filialı” sözləri ilə əvəz edilsin;

3.18. 132.1-ci maddəyə “bankda” sözündən sonra “, digər kredit və ya elektron pul təşkilatında” sözləri əlavə edilsin;

3.19. 133.2-ci maddəyə “bank” sözündən sonra “, digər kredit və ya elektron pul təşkilatı” sözləri əlavə edilsin;

3.20. 150-ci maddə üzrə:

3.20.1. 150.1.11-ci maddəyə birinci halda “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin və həmin maddədə “bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru” sözləri “ödəniş xidməti təchizatçısı və ya xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialı” sözləri ilə əvəz edilsin;

3.20.2. 150.1.12-ci maddəyə “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin və həmin maddədə “banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru” sözləri “ödəniş xidməti təchizatçıları və ya xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialı” sözləri ilə əvəz edilsin;

3.20.3. 150.1.16-cı maddədə “bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru” sözləri “ödəniş xidməti təchizatçıları və ya xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialı” sözləri ilə əvəz edilsin;

3.20.4. 150.3-1-ci maddənin birinci abzasında “bank” sözü “əməliyyat” sözü ilə əvəz edilsin;

3.20.5. 150.3-3-cü maddəyə “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin;

3.20.6. 150.5.1-ci və 150.5.3-cü maddələrdə “bank” sözü “ödəniş xidməti təchizatçısı” sözləri ilə əvəz edilsin;

3.21. 166.1.1-ci maddədə “bankda onun” sözləri “onun bank və digər ödəniş” sözləri ilə əvəz edilsin;

3.22. 169.3-cü maddənin üçüncü abzasının birinci və ikinci cümlələrində “bank və ya xarici bankın” sözləri “ödəniş xidməti təchizatçısı və xarici ödəniş xidməti təchizatçısının” sözləri ilə əvəz edilsin;

3.23. 175-ci maddə üzrə:

3.23.1. 175.1-ci maddənin birinci cümləsinə (hər iki halda) və ikinci cümləsinə “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin;

3.23.2. 175.2-ci və 175.7-ci maddələrə “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin;

3.24. 177.4-cü və 212.1-ci maddələrdə “bank” sözü “əməliyyat” sözü ilə əvəz edilsin;

3.25. 220.12-ci maddəyə “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin;

3.26. 221.4.7-ci maddənin ikinci abzasının birinci cümləsindən “bank” sözü çıxarılsın və ikinci cümləsində “Bank ödəniş” sözləri “Ödəniş” sözü ilə əvəz edilsin.

Maddə 4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə 894, № 11, maddə 1208, № 12, maddələr 1306, 1334; 2022, № 1, maddə 2, № 2, maddə 89, № 4, maddə 293, № 5, maddə 435, № 7, maddələr 694, 699, 703, № 8, maddələr 822, 825, 828, № 11, maddə 1236, № 12, maddələr 1364, 1399; 2023, № 1, maddələr 17, 20, 32, 39, № 2, maddələr 149, 201, 204, № 4, maddə 466, № 6, maddələr 743, 754, № 7, maddələr 905, 907, № 8 (I kitab), maddələr 1096, 1122, 1128; Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1008-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 411-ci maddəyə “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda 439-2-ci maddə əlavə edilsin:

“Maddə 439-2. Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulması

439-2.1. Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulmasına, yəni:

439-2.1.1. Azərbaycan Respublikası Mərkəzi Bankının apardığı reyestrdə olmayan ödəniş agenti vasitəsilə ödəniş xidmətlərinin göstərilməsinə;

439-2.1.2. ödəniş xidməti təchizatçıları, o cümlədən xarici ödəniş xidməti təchizatçılarının yerli filialları tərəfindən ödəniş agentinin cəlb edilməsi, ödəniş agenti tərəfindən ödəniş xidmətlərinin göstərilməsi, o cümlədən ödəniş agenti ilə bağlanan müqavilənin şərtlərinə dair tələblərin pozulmasına;

439-2.1.3. xarici ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatorunun yerli filial açmadan ölkədə fəaliyyət göstərməsinə dair bağlanılmış müqavilə barədə məlumatın ödəniş xidməti təchizatçıları tərəfindən qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə;

439-2.1.4. banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən elektron pulun emitenti, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti təchizatçısı və hesab üzrə məlumat xidməti təchizatçısı kimi fəaliyyət göstərəcəyi barədə məlumatın Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə -

vəzifəli şəxslər min manatdan üç min manatadək, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

439-2.2. Elektron pul təşkilatı, o cümlədən xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair qanunla müəyyən olunmuş tələblərin pozulmasına görə -

vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər yeddi min manatdan on min manatadək məbləğdə cərimə edilir.

439-2.3. Ödəniş xidməti təchizatçısı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş xidməti təchizatçısının və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən əməliyyat və ya təhlükəsizlik insidentləri haqqında məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə -

vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

439-2.4. Ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş təşkilatı, xarici elektron pul təşkilatı və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla müəyyən edilmiş hesabatların təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə-

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.”.

4.3. 547.2-ci maddədə “və bank” sözləri “, bank və digər ödəniş” sözləri ilə, “müvəkkil banklar” sözləri “ödəniş xidməti təchizatçıları” sözləri ilə əvəz edilsin.

Maddə 5. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226; 2001, № 11, maddə 683, № 12, maddə 736; 2002, № 5, maddə 241; 2003, № 1, maddə 21; 2004, № 3, maddə 133; 2005, № 8, maddə 684; 2007, № 11, maddə 1053; 2008, № 3, maddə 152; 2009, № 7, maddə 517; 2010, № 11, maddə 938; 2011, № 4, maddə 246; 2019, № 1, maddə 25, № 6, maddə 993; 2023, № 8 (I kitab), maddə 1108) 13-cü maddəsinin birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. doqquzuncu – on ikinci abzasların sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

5.2. aşağıdakı məzmunda on üçüncü abzas əlavə edilsin:

“qanunla müəyyən edilmiş hallarda auditin aparılması zamanı aşkar olunan pozuntu, nöqsan və çatışmazlıqlar barədə qanunla müəyyənləşdirilmiş orqana (quruma) məlumat vermək və qanunda nəzərdə tutulmuş hallarda digər vəzifələri icra etmək.”.

Maddə 6. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 737; 2003, № 1, maddə 1; 2006, № 3, maddə 225; 2007, № 6, maddə 562, № 12, maddə 1216; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1168; 2016, № 3, maddə 423; 2017, № 5, maddə 741, № 7, maddə 1291; 2018, № 5, maddə 847; 2019, № 1, maddə 30, № 3, maddə 387; 2021, № 12, maddə 1298; 2022, № 12, maddələr 1379, 1398; 2023, № 1, maddə 41, № 2, maddə 153, № 8 (I kitab), maddə 1101) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1-ci maddənin birinci hissəsi üzrə:

6.1.1. 1-ci bəndin “b” və “v” abzasları aşağıdakı redaksiyada verilsin:

“b) Azərbaycan Respublikasında kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda, habelə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq digər ödəniş xidməti təchizatçılarında hesablarda manatda olan vəsait, o cümlədən manatda olan elektron pul;

c) Azərbaycan Respublikasından kənarda yerləşən kredit təşkilatlarında və digər ödəniş xidməti təchizatçılarında hesablarda manatda olan vəsait, o cümlədən manatda olan elektron pul.”;

6.1.2. 3-cü bəndin “b” abzasına “vəsaitlər” sözündən sonra “, o cümlədən xarici valyutada olan elektron pul” sözləri əlavə edilsin;

6.1.3. 10-cu bəndin “ğ” abzasına “tərəfindən” sözündən sonra “qanuna uyğun olaraq” sözləri əlavə edilsin;

6.1.4. 11-ci bəndə “filialları,” sözündən sonra “ödəniş təşkilatları, elektron pul təşkilatları, xarici ödəniş təşkilatları və elektron pul təşkilatlarının yerli filialları,” sözləri əlavə edilsin;

6.2. 3-cü maddənin 2-ci hissəsinə “şirkətləri” sözündən sonra “, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış ödəniş təşkilatları, elektron pul təşkilatları, xarici ödəniş təşkilatları və xarici elektron pul təşkilatlarının yerli filialları” sözləri əlavə edilsin.

Maddə 7. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 460; 2001, № 1, maddə 25, № 6, maddə 362; 2002, № 5, maddə 241; 2006, № 3, maddə 225; 2007, № 5, maddə 401; 2008, № 5, maddə 348; 2010, № 4, maddə 276; 2015, № 4, maddə 355, № 11, maddə 1260; 2017, № 3, maddə 332, № 5, maddə 736; 2018, № 4, maddə 652, № 12 (I kitab), maddə 2529; 2019, № 1, maddə 28, № 4, maddə 600, № 6, maddə 993; 2020, № 5, maddə 515, № 12 (I kitab), maddə 1453; 2021, № 11, maddə 1206; 2023, № 4, maddə 447) aşağıdakı məzmunda 53-1-ci maddə əlavə edilsin:

“Maddə 53-1. Ödəniş təşkilatı və elektron pul təşkilatının kreditor tələblərinin ödənilməsi xüsusiyyətləri

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq borclu ödəniş təşkilatının və elektron pul təşkilatının digər kreditorlarının tələbləri ödəniş xidməti istifadəçilərinin həmin təşkilatlarda olan pul vəsaitlərinə və həmin vəsaitlər hesabına əldə olunmuş aktivlərə yönəldilə bilməz. Bu vəsaitlər ödəniş xidməti istifadəçilərinin tələblərinin növbədənkənar ödənilməsinə yönəldilir.”.

Maddə 8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddə 1485; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192, № 8, maddələr 1360, 1363, 1371, № 11, maddələr 1681, 1694; 2020, № 5, maddələr 521, 524, № 6, maddə 665, № 7, maddələr 824, 828, 837, 851, 853, № 11, maddə 1327, № 12 (I kitab), maddə 1423; 2021, № 2, maddə 117, № 6 (I kitab), maddə 554, № 7, maddələr 711, 714, 718, № 8, maddə 898, № 10, maddə 1094, № 11, maddə 1207, № 12, maddə 1314; 2022, № 5, maddə 427, № 8, maddə 829, № 10, maddə 1125, № 12, maddələr 1366, 1379, 1389; 2023, № 1, maddələr 11, 19, № 2, maddə 210, № 3, maddə 337, № 4, maddə 463, № 6, maddə 742, № 8 (I kitab), maddə 1126; Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1012-VIQD və 1016-VIQD nömrəli qanunları) aşağıdakı məzmunda 22.0.34-2-ci maddə əlavə edilsin:

 

22.0.34-2. Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət:

 

22.0.34-2.1.ödəniş təşkilatı fəaliyyəti

2000 manat

22.0.34-2.2.elektron pul təşkilatı fəaliyyəti

3000 manat

22.0.34-2.3. ödəniş sistemi operatoru fəaliyyəti

2500 manat

Maddə 9. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724, № 10, maddə 1775; 2018, № 12 (I kitab), maddələr 2471, 2531; 2019, № 1, maddələr 16, 21, № 2, maddə 176, № 6, maddə 999, № 7, maddə 1203; 2020, № 6, maddə 675, № 8, maddə 1017, № 11, maddələr 1323, 1335; 2021, № 12, maddə 1312; 2022, № 8, maddə 827; 2023, № 1, maddələr 2, 41, № 2, maddə 179, № 5, maddə 628, № 8 (I kitab), maddələr 1107, 1136) 15.9.3-1-ci maddəsinə “İnvestisiya fondları haqqında” sözlərindən sonra “və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” sözləri əlavə edilsin.

Maddə 10. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12 (I kitab), maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7 (I kitab), maddə 1389, № 12 (I kitab), maddə 2466; 2019, № 1, maddələr 32, 50, № 4, maddə 599, № 6, maddə 999, № 7, maddə 1185, № 8, maddə 1365; 2020, № 5, maddə 515; 2021, № 1, maddə 8, № 11, maddə 1206, № 12, maddə 1298; 2022, № 12, maddələr 1379, 1399; 2023, № 1, maddə 41, № 2, maddə 159, № 3, maddə 334, № 4, maddə 456, № 5, maddə 621, № 7, maddə 913) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 1.0.10-cu maddəyə “vəsaitidir” sözündən sonra “(elektron pulun emissiya edilməsi üçün qəbul edilmiş pul vəsaitləri istisna olmaqla)” sözləri əlavə edilsin;

10.2. 32.1.4-cü və 32.1.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“32.1.4. klirinq, ödəniş xidmətləri, o cümlədən hesablaşma-kassa xidmətləri, ödəniş sistemlərinin təşkili, qiymətli kağızlar üzrə əməliyyatlardan irəli gələn ödənişlərin aparılması;

32.1.5. çek və veksellərin buraxılması;”;

10.3. 36-cı maddə üzrə:

10.3.1. 36.1-ci maddədə “həmin Məcəlləyə” sözləri “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə həmin Məcəlləyə və Qanuna” sözləri ilə əvəz edilsin;

10.3.2. 36.2-ci maddənin birinci abzasının ikinci cümləsinə “Qanuna” sözündən sonra “və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri əlavə edilsin;

10.4. 38-ci maddə üzrə:

10.4.1. adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 38. Ödəniş əməliyyatları və hesablaşmalar”;

10.4.2. 38.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“38.1. Banklar ödəniş əməliyyatlarını və hesablaşmaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə Mərkəzi Bankın həmin Məcəlləyə və Qanuna uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktlara, bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər.”;

10.4.3. 38.3-cü maddə ləğv edilsin;

10.5. 41.2.17-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 41.2.18-ci maddə əlavə edilsin:

“41.2.18. ödəniş xidmətlərinin göstərilməsi zamanı – digər ödəniş xidməti təchizatçılarına, vəsait alana və ödəniş əməliyyatının icrasında iştirak edən digər şəxslərə.”;

10.6. 47.1-ci maddəyə “bu Qanunun” sözlərindən sonra “, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” sözləri əlavə edilsin.

Maddə 11. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 310; 2008, № 6, maddə 464; 2016, № 12, maddə 2013; 2019, № 1, maddə 36; 2023, № 2, maddə 193, № 4, maddə 453) 1.1.15-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“1.1.15. Elektron sənəd – elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontent;”.

Maddə 12. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 604; 2007, № 5, maddə 442; 2008, № 11, maddə 958; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1148; 2016, № 3, maddə 409, № 10, maddə 1602; 2017, № 1, maddə 6, № 11, maddələr 1957, 1960, № 12 (I kitab), maddə 2223; 2018, № 7 (I kitab), maddə 1390; 2019, № 1, maddə 32; 2021, № 12, maddə 1298; 2022, № 12, maddə 1399; 2023, № 8 (I kitab), maddə 1099; Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1015-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

12.1. 1.0.20-ci maddəyə “vəsaiti” sözündən sonra “(elektron pulun emissiya edilməsi üçün qəbul edilmiş pul vəsaitləri istisna olmaqla)” sözləri əlavə edilsin;

12.2. 13-1.1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“13-1.1.5. ödəniş xidmətlərinin göstərilməsi, ödəniş sistemlərinin təşkili, poçt çeklərinin buraxılması;”;

12.3. 13-3-cü maddə üzrə:

12.3.1. 13-3.1-ci maddənin birinci cümləsinə “fəaliyyətini” sözündən sonra “, habelə ödəniş xidmətlərinin göstərilməsi üzrə fəaliyyəti” sözləri əlavə edilsin;

12.3.2. aşağıdakı məzmunda 13-3.2-1-ci maddə əlavə edilsin:

“13-3.2-1. Milli operatorun ödəniş xidmətləri, o cümlədən elektron pulun emissiyası və (və ya) ekvayrinq üzrə, habelə ödəniş sistemi sahəsində fəaliyyəti “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, bu Qanuna uyğun olaraq həyata keçirilir.”.

Maddə 13. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 984; 2005, № 11, maddə 1004; 2007, № 6, maddə 562, № 10, maddə 938, № 12, maddə 1196; 2009, № 6, maddə 404, № 7, maddələr 507, 517; 2010, № 10, maddə 839; 2011, № 7, maddə 612; 2014, №11, maddə 1371; 2015, № 6, maddə 684, № 11, maddə 1296; 2016, № 3, maddə 405, № 11, maddə 1771; 2017, № 5, maddə 740, № 7, maddələr 1302, 1309, № 11, maddələr 1951, 1958; 2019, № 4, maddə 599, № 7, maddə 1180, № 8, maddə 1365; 2023, № 4, maddə 453, № 7, maddə 912) 46.1-ci maddəsinə “idarəçiləri,” sözündən sonra “ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri operatorları,” sözləri əlavə edilsin.

Maddə 14. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 79; 2009, № 6, maddə 400, № 7, maddə 517; 2016, № 3, maddələr 394, 421; 2017, № 7, maddə 1310; 2019, № 1, maddə 31; 2020, № 7, maddə 825, № 12 (I kitab), maddə 1437; 2023, № 2, maddə 163, № 4, maddə 451, № 8 (I kitab), maddə 1100) 2.1.1-ci maddəsinə “hesablanmış” sözündən əvvəl “bank tərəfindən elektron pulun emissiyası üçün qəbul edilmiş pul vəsaitləri istisna olmaqla,” sözləri əlavə edilsin.

Maddə 15. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 72; 2013, № 7, maddə 789; 2014, № 10, maddə 1160; 2016, № 3, maddə 407, № 4, maddə 641; 2017, № 12 (I kitab), maddə 2228; 2018, № 5, maddə 844, № 6, maddə 1171; 2019, № 1, maddə 32, № 5, maddə 815; 2021, № 12, maddə 1298; 2023, № 2, maddə 166, № 3, maddə 334, № 4, maddə 452, № 7, maddə 914) 15.2.5-ci maddəsində ”xidmətinin” sözü “və (və ya) ödəniş agenti xidmətlərinin” sözləri ilə əvəz edilsin.

Maddə 16. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986, № 8, maddə 1360, № 11, maddə 1692, № 12, maddə 1903; 2020, № 6, maddə 662; 2021, № 6 (I kitab), maddə 551, № 7, maddə 701, № 12, maddələr 1315, 1329, 1339; 2022, № 5, maddə 426; 2023, № 2, maddələr 169, 205, 210, № 4, maddə 449, № 8 (I kitab), maddə 1125; Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanunu) 3.4-cü maddəsinə “Valyuta tənzimi haqqında” sözlərindən sonra “, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” sözləri əlavə edilsin.

Maddə 17. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 37, № 8 (I kitab), maddə 1109) aşağıdakı dəyişikliklər edilsin:

17.1. 1.1.8-ci maddəyə “virtual” sözündən əvvəl “ödəniş təşkilatları (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla) və elektron pul təşkilatları,” sözləri əlavə edilsin;

17.2. 1.1.23-cü maddənin birinci cümləsinə və 11.3.3-cü maddəyə “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin;

17.3. 9.1-ci maddəyə “bankda” sözündən sonra “və digər ödəniş xidməti təchizatçılarında” sözləri əlavə edilsin.

Maddə 18. Bu Qanun “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2023-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin