SİYASƏT


"Artilleriya atəşinin ustaları" müsabiqəsində sınaq atışları icra edilib

Bakı, 12 avqust, AZƏRTAC

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçiriləcək "Artilleriya atəşinin ustaları" müsabiqəsinin iştirakçıları mərhələlərə hazırlıq məşqlərini davam etdirirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, artilleriyaçılarımız təqdim edilən silahlara texniki baxış keçirib, mərhələlərin şərtləri və atış nöqtələrinin texniki imkanları, eləcə də təhlükəsizlik qaydaları ilə tanış olublar.

Hazırlıq prosesini yekunlaşdıran komandamız atıcı silahlardan, qumbaraatanlardan və minaatanlardan sınaq atışlarını yerinə yetiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.