Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

"Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə binalarının yeni standartları ilə bağlı tanışlıq turu keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

Ədliyyə Nazirliyi "Elektron məhkəmə" İşçi Qrupu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə birlikdə kütləvi informasiya vasitələri nümayəndələrini "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə binalarına dair yeni standartlarla tanış edib.

İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda fiziki və hüquqi şəxslərin məhkəmələrə əlçatanlığını asanlaşdırmaq, sistem daxilində şəffaflığın artırılmasını təmin etmək, məhkəmə proseslərini sürətləndirmək, mülki işlərə baxan hakimlərin iş yükünü əhəmiyyətli dərəcədə azaltmaq üçün mühüm işlər görülüb. Bütün bu proseslər məhkəmə sisteminin səmərəliliyinin artırılmasına xidmət edib.

Məlumat verilib ki, görülən işlər çərçivəsində yeni yaradılan 1,3 milyon əhaliyə xidmət göstərən Sabunçu Məhkəmə Kompleksi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2015-ci il oktyabrın 21-də açılıb. Kompleksdə 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsi və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi, habelə Sabunçu rayon icra və probasiya şöbəsi fəaliyyət göstərir. Binada 21 hakim, 30 icra məmuru və 100-dən çox məhkəmə aparatı işçiləri üçün iş şəraiti qurulub.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Elektron məhkəmə" İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov bildirib ki, Azərbaycanın məhkəmə sisteminin tarixində ilk dəfə olaraq məhkəmə binalarına dair mütərəqqi standartlar yaradılaraq bu kompleksdə tətbiq olunub. Həmin qaydalardan biri kimi - bina daxilindəki zonalaşdırılma prinsipi (inzibati və ictimai zonalar) göstərilə bilər və bu yanaşma nəticəsində hakimlərin məhsuldarlığı 15 faiz artıb və onların vətəndaşlarla qeyri-prosessual münasibətləri məhdudlaşdırılıb. Bununla yanaşı, bir neçə məhkəmə və ədliyyə qurumunun bir binada yerləşdirilməsi tikintiyə qoyulan sərmayələrin qənaətinə və sonradan bu binaların saxlanılmasına xərclənəcək vəsaitlərin azalmasına səbəb olub.

Yeni məhkəmə binalarında gözdən və ya fiziki cəhətdən əlil olan vətəndaşların sərbəst hərəkəti üçün bütün şərait yaradılıb, o cümlədən döşəmədə xüsusi örtük salınıb, ictimai zonada bütün otaqların adlarını əks etdirən lövhələrdə xüsusi yazılar həkk olunub. Müasir elektron məlumat daşıyıcıları vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etməyə imkan yaradır.

Diqqətə çatdırılıb ki, məhkəmə kompleksində "Elektron məhkəmə"nin tətbiqi üçün bütün zəruri infrastruktur yaradılıb, məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazıları aparan "AZ-Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb, həbsdə olan, təqsirləndirilən şəxslər üçün zalda beynəlxalq standartlara uyğun xüsusi ayrılan şüşə otaqlar qurulub, onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq vasitələr yaradılib, habelə məhkəmə zalında əcnəbi şəxslərin iştirakı ilə işlərə baxılan zaman tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer ayrılıb.

Ədalət mühakiməsinin həyata keçirilməsində şəffaflığın, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən "Elektron məhkəmə" informasiya sisteminin yaradılması üzrə qısa müddətdə irihəcmli işlər görülüb.

Belə ki, məhkəmə sisteminin vahid veb-portalı, proses iştirakçılarının "Şəxsi kabineti", məhkəmə rüsumlarının elektron ödəmə sistemi və vahid reyestri, məhkəmə qərarlarının vahid bazası, hakimlərin elektron imzası, məhkəmə işlərinin elektron idarəetmə sistemi, məhkəmə qərarlarının elektron icra sistemi, məhkəmə işlərinin hakimlər arasında avtomatlaşdırılan qaydada bölgüsünə dair sistem, "Elektron əmr icraatı" sistemi yaradılaraq istifadəyə verilib.

Nəticə etibarilə ötən il sentyabrın 1-dən bu günədək "Elektron əmr icraatı" sistemi vasitəsilə təkcə Sabunçu Rayon Məhkəməsinə elektron (kağızsız) qaydada müxtəlif banklar, kredit təşkilatları, mobil operatorlar və digər şəxslərdən "Elektron kabinet" vasitəsilə 4.000-nə yaxın e-iddia ərizəsi daxil olub. Bununla yanaşı, məhkəmə ilə icra qurumları arasında tamamilə kağızsız mübadilə təmin olunub.

Tanışlıq turu zamanı xüsusi vurğulanıb ki, Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi islahatlar nəticəsində Dünya Bankının "Doing Business 2018" hesabatına əsasən Azərbaycan 2017-ci illə müqayisədə, 2018-ci ildə 8 pillə irəliləyərək 190 ölkə üzrə aparılan reytinq dəyərləndirməsində 57-ci yerə yüksəlib və Avropa, Mərkəzi Asiya regionunda ən islahatçı üç ölkədən biri kimi qiymətləndirilib. Son illər ərzində davamlı olaraq həyata keçirilən iqtisadi islahatlar, "Doing Business" hesabatına uyğun olaraq, "Müqavilələrin İcrası" indikatoru üzrə əhəmiyyətli dəyişikliklərin və mühüm irəliləyişlərin də əldə olunmasına yol açıb. Belə ki, qeyd olunan yeniliklərə əlavə olaraq, hazırda 61-dən çox hüquqi şəxs və sahibkar müqavilə öhdəliklərinin yerinə yetirilməməsindən irəli gələn mübahisələr üzrə ümumi yurisdiksiya məhkəmələrinə elektron qaydada müraciət edir ki, bu da elektron idarəetmə sistemində tətbiq olunan məhkəmələrin icraatındakı mülki işlərin 50 faizdən çox hissəsini təşkil edir. Həmçinin artıq bütün inzibati-iqtisadi məhkəmələrin qərarlarının elektron portalda açıqlanması mexanizmi işə salınıb. Nəticədə, qeyd olunan bütün bu dəyişiklər "Doing Business 2019" reytinq qiymətləndirməsində "Müqavilələrin İcrası" indikatoru istiqamətində, "Məhkəmə proseslərinin keyfiyyəti" indeksi üzrə Azərbaycanın mövqeyinin daha da irəliləməsinə səbəb ola bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar