REGİONLAR
"Qarabağa gedirəm" adlı videoçarx hazırlanıb
İsmayıllı, 16 noyabr, AZƏRTAC
Şanlı Qələbəmiz münasibətilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzi "Qarabağa gedirəm" adlı videoçarx hazırlayıb.
İsmayıllı Regional Mədəniyyət İdarəsinin mətbuat katibi Aysu Nəcəfli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, videoçarxda Azərbaycan xalqının qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri nümayiş etdirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində 30 ildir həsrətində olduğu doğma Qarabağımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq, məharət və fədakarlıq nümayiş etdirərək, müasir hərb tariximizin ən şanlı qələbəsini qazandı. Videoçarxda balaca fidanların dilində bütün bunlar bir daha öz ifadəsini tapıb.
Videoçarx regional idarənin sosial şəbəkə ünvanlarında yerləşdirilib.