İDMAN


"Sietl Supersoniks" yenidən MBA-ya qayıda bilər

Bakı, 23 yanvar, AZƏRTAC 

Tarixboyu Milli Basketbol Assosiasiyasında (MBA) yeni komandalar yaradılıb və liqanın coğrafiyası genişlənib. Bununla yanaşı fəaliyyətini dayandıran və bir şəhərdən başqa şəhərə köçən klublar da olub. Belə klublardan biri fəaliyyətini bərpa edə bilər. 1967-ci ildən 2008-ci ilə qədər MBA-da çıxış edən “Sietl Supersoniks” fəaliyyətini bərpa etməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb. Bir neçə gün əvvəl Sietl şəhərinin rəhbəri Cenni Derkan mətbuata açıqlamasında yenidən “Supersoniks”i yaratmağa hazır olduqlarını bildirib. Bu ərəfədə MBA-nın rəhbəri Adam Silver də liqada komandaların sayını artırmağa hazır olduqlarını söyləyib.

2008-ci ildə öz yerini “Oklahoma Siti Tander”ə verən “Sietl” 1979-cu ildə MBA çempionu da olub. Sietllə yanaşı, Las-Veqas və Kanzas şəhərlərini təmsil edəcək yeni komandalar da yaradıla bilər. Hər iki şəhərin biznesmenləri belə bir layihə ilə çıxış ediblər.

Bəzi mənbələrin yazdığına görə, Sietllə anlaşma əldə olunmayacağı halda, Las-Veqas komandası MBA-ya daxil ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.